• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Heydər Ata, Heydər Baba!" şeir müsabiqəsi keçirilib

  • 07.03.2023, 11:54, Baxış sayı:
  • 133
Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Heydər Ata, Heydər Baba!" şeir müsabiqəsi keçirilib
Sabirabad rayon Heydər Əliyev Mərkəzində "2023-cü il Heydər Əliyev İli" çərçivəsində, Azərbaycan xalqının Ümummilli Lideri, böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik Yubileyi münasibətilə Azərbaycan və Rus dillərində ümumtəhsil məktəblilər arasında "Heydər Ata, Heydər Baba!" şeir müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd həyatını xalqına həsr edən Dahi Şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.
Müsabiqədə şagirdlər Ulu Öndər Heydər Əliyev haqqında şeirlər deyiblər. Müsabiqə iştirakçılarının söylədiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqədə qalib gələn şagirdlərə Sabirabad rayon Heydər Əliyev Mərkəzi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter