• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad rayon Heydər Əliyev Mərkəzində şəhər gənclərinin iştirakı ilə "Heydər Əliyev -milli-mənəvi dəyərlərimiz və Azərbaycançılıq" mövzusunda maarifləndirici tədbir keçirilib

  • 17.03.2023, 17:18, Baxış sayı:
  • 169
Sabirabad rayon Heydər Əliyev Mərkəzində şəhər gənclərinin iştirakı ilə "Heydər Əliyev -milli-mənəvi dəyərlərimiz və Azərbaycançılıq" mövzusunda maarifləndirici tədbir keçirilib
"2023-cü il Heydər Əliyev İli" çərçivəsində Azərbaycan xalqının xilaskarı, Müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının böyük oğlu, Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi və xalqımızın milli bayramı - Novruz münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində şəhər gənclərinin iştirakı ilə "Heydər Əliyev -milli-mənəvi dəyərlərimiz və Azərbaycançılıq" mövzusunda maarifləndirici tədbir keçirilib.
İlk öncə xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxışlar zamanı Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli mədəniyyətimizin inkişafı və adət-ənənələrimizin zənginləşdirilməsi naminə çalışdığı bildirilib.
Hələ keçmiş sovetlər dönəmində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeyləri yaradıldı, Azərbaycan folkloru, aşıq sənəti inkişaf etdi, məscidlərimiz yenidən quruldu.
Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı.
Heydər Əliyev hər il qədim, milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxır, azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı.
"Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik", - deyən Ümummilli Liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.
"Mən fəxr edirəm ki,Azərbaycanlıyam!" - deyən Ulu Öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu.
Tədbirin sonunda "Ulu Öndər Heydər Əliyev Novruz bayramı şənliyində" videoçarx izlənildi.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter