2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar Sabirabad rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlərin keçirilməsi davam edir.
10 Mart - Azərbaycan Milli Teatrının yaranmasının 150 illiyi münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan teatrı" mövzusunda tədbir keçirilib.
Tədbirdə Sabirabad rayon Mədəniyyət Mərkəzinin rejissoru Nicat Əliyev, mədəniyyət işçiləri, Heydər Əliyev Mərkəzinin əməkdaşları, gənclər və şəhər sakinləri iştirak ediblər.
İlk öncə Müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin əziz və unudulmaz xatirəsi ehtiramla yad edildi.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə qonaqları salamlayıb, teatr günü münasibətilə tədbir iştirakçıların təbrik edib, həyat və fəaliyyətlərində uğurlar arzu edib.
Qeyd olundu ki, Heydər Əliyev hələ gənc yaşlarından teatra çox bağlı idi, məktəb və tələbəlik illərində dram dərnəklərində səhnədə çıxışlar edən Heydər Əliyev teatrı çox sevirdi və o, Azərbaycan milli teatrını bizim milli sərvətimiz adlandırırdı.
Azərbaycanda Mədəniyyətin, teatrın inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Nicat Əliyev çıxışında bildirib ki, Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq teatrı və tərkibində olan əlillərdən ibarət "Mübarizlər" teatr qrupu hazırladığı kompozisiya-tamaşalarla respublikamızın rayon və kəndlərində çıxışlar edib, Mədəniyyət Nazirliyi tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşlar.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Səlmi Mehtiyeva çıxışında bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən açılışı olan Sabirabad rayon Mədəniyyət Evi 09 sentyabr 1976-cı ildən istifadəyə verilmişdir. Ümummilli Lider müntəzəm olaraq teatr tamaşalarına baxır, yaradıcı heyətlə görüşür, tövsiyələrini verirdi.
Azərbaycanın mənəvi xəzinəsi Heydər Əliyevin irsindən bəhrələnib.