• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir

  • 06.04.2021, 12:38, Baxış sayı:
  • 364
“Ən yaxşı təqdimat”  müsabiqəsi keçirilmişdir
Təhsilin inkişafı hər zaman Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutub və bu sahədə uğurlu inkişaf strategiyası ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
"Ən yaxşı təqdimat” müsabiqəsi müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi baxımından əhəmiyyətli rol oynayır.
Ölkəmizin bütün təhsil müəssisələrində olduğu kimi, rayonumuzda da bu istiqamətdə xeyli iş görülmüşdür. Rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilmişdir. “Heydər Əliyev və Qarabağ” başlığı altında keçirilən müsabiqədə şagirdlərə 10 mövzu təqdim edilmişdir. Müsabiqənin nəticələrinə görə M.Müşviq adına 4 saylı şəhər tam orta məktəbin X sinif şagirdi Xəlilova Sevinc Çingiz qızı birinci yerə layiq görülmüş və aprel ayında Bakı şəhərində keçiriləcək ölkə mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Əmirhüseyn ƏSGƏROV,
rayon Təhsil Şöbəsinin
nümayəndəsi
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter