• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

SUAL - CAVAB

  • 16.03.2023, 20:47, Baxış sayı:
  • 272
Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş neçə kiloqram ərzaq məhsulu güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilə bilər?
Cavab:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.11-ci bəndinə müvafiq olaraq hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilə bilər.

Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş hansı miqdarda dərman vasitələri güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər?
Cavab:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 1.2-ci bəndinə uyğun olaraq gömrük sərhədindən keçirilməsi qadağan olunmuş və ya gömrük sərhədindən keçirilməsinə görə lisenziya tələb olunan mallar istisna olmaqla, həmin qaydaların 2.1.7-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş hansı hədlər daxilində poçt göndərişləri güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilə bilər?
Cavab:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan poçt göndərişləri güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilə bilər.

Vergi ödəyicisi olan şəxs özünə məxsus olan evini hüquqi şəxsə satırsa (şirkətə), bu zaman elektron qaimə-faktura təqdim etməlidir?
Cavab:
Bildiririk ki, vergi qanunvericiliyinin müddəalarına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsini təqdim edən fiziki şəxsin vergi uçotunda olub-olmamasından asılı olmayaraq sadələşdirilmiş vergi öhdəliyi notarius tərəfindən tutulmaqla yerinə yetirilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən malları təqdim edən vergi orqanında uçotda olan şəxs mallar göndərilən vaxt elektron qaimə-faktura təqdim etməlidir.
Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, vergi orqanında uçotda olan fiziki şəxs tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış sahəsinin hüquqi şəxsə təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 218-ci maddələri.

Marketdən Birbank taksit kartı ilə 355.33 manat məbləğində alış etdim. Pulu kartla ödədim. 8.13 manat ƏDV hesablandı. Mənim kartımla ödəniş zamanı ƏDV ikiqat qaytarılmalıdır lakin, göstərilən məbləğ üzrə ƏDV yalnız bir mislində mənə qaytarılıb. Xahiş edirəm, 8.13 manat məbləğində ƏDV-nin ikinci mislinin kartıma keçirilməsini təmin edəsiniz.
Cavab:
Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 %-i, nağd ödənişlər üzrə 5 %-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.
Sorğunuzda qeyd olunan geri qaytarılmalı ƏDV məbləğinin ikiqat mislinin geri qaytarılması bank tərəfindən həyata keçirildiyi və Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün, bu məsələ ilə bağlı aidiyyəti banka müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

Hazırladı: Rauf QARAYEV.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter