• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“İndi də özümü Vətənin əsgəri hesab edirəm”

  • 01.03.2023, 10:49, Baxış sayı:
  • 154
“İndi də özümü Vətənin əsgəri hesab edirəm”
Yadulla Paşa oğlu Rəsulov 1951-ci ildə Sabirabad rayonunun Cavad sovetliyinin (indiki Cavad kənd inzibati ərazi dairəsi) Həsənalı (indiki Həsənli) kəndində kolxozçu ailəsində anadan olub. Balvar kənd səkkizillik məktəbini bitidikdən sonra orta təhsilini Yolçubəyli kəndində başa vurub. Sabirabad rayon hərbi komissarlığının xətti ilə Əli Bayramlı (indiki Şirvan) avtomobil məktəbini bitirərək sürücülük vəsiqəsi alıb. Hərbi xidmətini Rusiyanın Arxangelski bölgəsində moto-atıcı diviziyasında başa vurduqdan sonra Sabirabaddakı kolxozlararası tikinti idarəsində əmək fəaliyyətinə başlayıb. Sonra Salyan kənd təsərrüfatı texnikumunu bitirərək Sabirabad texniki peşə məktəbində müəllim işləyib.
Bu günlərdə Yadulla Rəsulovla həmsöhbət olduq. Söhbət zamanı bildirdi ki, əsas arzum ali məktəbə daxil olmaq idi. Böyük rəhbər, Ulu öndər respublikanın zəruri mütəxəssisə ehtiyacını və gələcəyini nəzərə alaraq keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və himayəsi sayəsində bu proses 1970-ci ildən başlayaraq və hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmişdir. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə səbəb olmuşdur. Onların sırasında mən də olmuşam. Kabardin-Balkar Universtitetinin avtomobil-traktor şöbəsini bitirmişəm. Orada oxuyarkən istehsalat göstəricilərim yüksək olduğundan təhsil ala-ala kiçik elmi işçi kimi irəli çəkilmişəm. Bir müddət Balkar Daxili İşlər Nazirliyinin milis orqanlarında komandir vəzifəsində çalışmışam. 3 ağır cinayətin üstünü açaraq mükafat qazanmışam.
Yadulla Rəsulov Vətənə döndükdən sonra Sabirabad rayon maddi texnika birliyində rəis müavini, baş mühəndis, idarənin rəisi vəzifəsində çalışmışdır. O, eyni zamanda Sabirabad avtomobil məktəbində könüllü kimi müəllim olmuşdur. Gənclərin Vətənə məhəbbət ruhunda tərbiyələnməsində əlindən gələni əsirgəməmişdir.
Yadulla Rəsulov daha sonra dedi ki, Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərdə iştirak etmək üçün Ali Baş Komandana yazılı olaraq müraciət etdim. Hərbi forma geyinərək qediyyatdan keçdim və elə buradaca gəncləri Vətəni qorumağa yola salarkən onlara xeyir-dua verməyi məsləhət bildilər. Mən döyüşə yollanan gənclərimizdə böyük ruh yüksəkliyinin şahidi oldum və bundan böyük zövq aldım. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Qarabağ savaşı, Vətən müharibəsi xalqımızın Böyük Qələbəsi ilə başa çatdı. Müharibəyə aparmasalar da mən özümü Vətənin əsgəri hesab edirəm. Möhtərəm Prezidentimizin, Ali Baş Komandanın qarşımıza qoyduğu vəzifələri yerinə yetirməyə, Vətən yolunda canımdan belə keçməyə hazıram.
Yadulla Rəsulov söhbət zamanı onu da qeyd etdi ki, atası mərhum Paşa Rəsulov birinci cahan savaşında 1945-ci ildən qələbə gününədək igidliklə döyüşmüş, orden və medallarla təltif olunmuşdur. Müharibədən qayıtdıqdan sonra kolxozlarda baytar həkim kimi işləmişdir. Anası mərhum Züleyxa xanım nümunəvi kolxozçu kimi orden və medallara layiq görülmüşdür. Bacısı Sədaqət Rəsulova hələ gənc yaşlarından pambıq yığımında sürət ustası kimi tanınmış, hər gün 200-250 kiloqram pambıq toplamışdır. Kolxozda briqadir, aqronom, kolxoz sədrinin müavini, kolxoz sədri, kənd icra nümayəndəsi vəzifələrində çalışmışdır. Hazırda fermer kimi fəaliyyət göstərir. Əməyi layiqincə qiymətləndirilmiş, orden və medallarla təltif edilmişdir.
Yadulla Rəsulov Həcc, Kərbəla, Məşhəd ziyarətlərində olub. Mehriban ailəsi var. 3 övlad atasıdır. Ömür-gün yoldaşı, övladları müəllimdirlər.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter