• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Oqtay Mehdiyev: “Sabirabad idmançıları beynəlxalq yarışlarda mükafatlar qazanmışlar”

  • 08.02.2023, 14:13, Baxış sayı:
  • 249
Oqtay Mehdiyev: “Sabirabad idmançıları beynəlxalq yarışlarda mükafatlar qazanmışlar”
Ölkəmizdə idmanın inkişafı çox sürətlə gedir. Hər il idmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərir, medallar qazanırlar. Buna Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində nail olunur.
Çoxlu sayda Olimpiya İdman komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı nəhəng idman hərəkatının yaşandığı məkanlardan biri kimi tanıdıb. Azərbaycan mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Diqqət çəkən əsas məqamlardan biri də bədən tərbiyəsi və idmanın ölkəmizin bütün regionlarında kütləvi xarakter almasıdır. Buna nail olmaq üçün müxtəlif bölgələrdə Olimpiya kompleksləri, idman qurğuları və stadionlar tikilir.
Belə nəhəng idman qurğularından biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təməlini qoyduğu, 2008-ci il sentyabrın 26-da istifadəyə verilmiş Sabirabad Olimpiya İdman Kompleksidir. Burada mini-futbol, voleybol, basketbol, üzgüçülük, stolüstü tennis, güləş və atletika idman növlərinin inkişafı üçün hər bir şərait yaradılıb.
Olimpiya İdman Kompleksinin direktoru Oqtay Mehdiyevlə söhbət zamanı vurğuladı ki, burada sərbəst güləş,yunan-Roma güləşi, cüdo, əlbəyaxa döyüş, sambo, karate, boks, mini-futbol, üzgüçülük, stolüstü tennis, trenajor bölmələri fəaliyyət göstərir. Kompleksə trenajor bölməsi üçün yeni idman avadanlıqları gətirilib. Sabirabad idmançıları bu imkanlardan istifadə edərək həm ölkə daxilində, həm də beynəlxalq arenada yaxşı nəticələr göstərirlər.
Ötən il Sabirabad Olimpiya İdman Kompleksində bir sıra yarışlar keçirilmişdir. Bunların hamısını sadalasaq geniş bir siyahı alınar. Şəhidlərin xatirəsinə həsr olunmuş yarışlar, zona birincilikləri də bunların sırasındadır. Bundan başqa, noyabrın 4-də Sabirabad rayon Olimpiya Idman Kompleksində Kənd Təsərrüfatı , Gənclər və İdman nazirlikləri, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və “Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyətinin Respublika Şurasının təşkilatçılığı ilə kənd idmançılarının milli oyunları üzrə ənənəvi spartakiadası keçirilmişdir. 19 rayondan 335 idmançının iştirak etdiyi spartakiada idmançılar daşqaldırma, gücsınama (kişilər və qadınlar) dirədöymə, çalağançardağı, kəndirdartma,nərd, xıy-xıy, milli güləş və s. üzrə yarışlarda öz güclərini sınamışlar. Rayonumuzun idmançıları bu yarışda yüksək nəticələr əldə etmişlər.
Oqtay Mehdiyev qeyd etdi ki, ötən il idmançılardan Varis Mehdizadə (sərbəst güləş), Əhməd Əhmədov (boks),Leyla Cəfərli (cüdo) və başqaları Azərbaycan birinciliyində, beynəlxalq yarışlarda Sabirabadın idman şərəfini uca tutaraq fəxri kürsünün yüksək pillələrinə qalxmış, mükafatlar qazanmışlar. Oqtay Mehdiyev eyni zamanda məşqçi-müəllimlərdən idman ustası Seyfulla Mehdiyevin, Rəşad Quliyevin, İsmayıl Mehralıyevin adlarını da çəkdi. Qeyd etdi ki, onlar idmançıların yetişdirilməsində böyük səy göstərirlər.
Oqtay Mehdiyev söhbətimizin sonunda onu da vurğuladı ki, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov idmanın inkişafının və kütləviliyinin təmin olunması üçün qarşımıza yüksək vəzifələr qoymuşdur. Bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacağıq.
İdman qurğusunun rəhbərliyi əhalini, xüsusilə yeniyetmə və gəncləri kompleksin xidmətlərindən daha çox yararlanmağa dəvət edir.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter