• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir

  • 11.04.2022, 19:17, Baxış sayı:
  • 403
Güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir
Məlum olduğu kimi, 2022-ci ilin aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş güləş üzrə Avropa çempionatının iştirakçılarını qəbul etmişdi. Bildiyimiz kimi, Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazanaraq bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.
Görüşdə Cənab Prezidentimiz çıxış edərək bildirdi: “Güləş, hər birimiz üçün çox əziz idman növüdür, yəqin ki, Azərbaycanda ən populyar, ən məşhur idman növüdür. Ona görə həm məşqçilər, həm idman federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyi bu amili nəzərə alaraq güləşə əlbəttə ki, xüsusi diqqət verməlidirlər. Əminəm ki, gələcək yarışlarda biz, əlbəttə, birinci sıralarda olacağıq”.
Qətiyyətlə demək olar ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub.
Prezidentimizin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.
Bundan əlavə son dövrlər təkcə güləş sahəsində deyil, digər idman sahələrində də vətənimiz öndə gedən ölkələr sırasındadır. Bunu da şərtləndirən ən əsas amil 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımızın parlaq qələbə qazanmasıdır. Çünki hər bir idmançı yarışlara çıxan zaman müzəffər qalib xalqı təmsil etdiyi dərk edir. Məhz bu amil də bu sahədə dinamik şəkildə nəaliyyətlər əldə etməyimizə və beynəlxalq çərçivədə nüfuzumuzun artmasına şərait yaradır. Bunun da əsasını gənclərimizin vətənpərvərlik hisslərinin yüksək səviyyədə olması təşkil edir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır. Gələcə yarışlara, xüsusilə 2 ildən sonra Fransaının paytaxtı Parisdə baş tutacaq Yay Olimpiya Oyunlarına vətənpərvər və milli dəyərlərimizə sadiq idmançılarımız yüksək əzmkarlıq, qətiyyət nümayiş etdirərək hazırşacaq, böyük qurur hissi ilə qalib xalqın şanlı bayrağını dalğalandıracaq və dövlət himnini ucdan səsləndirəcəkdir.
Bütün bu uğurlar Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bütünlükdə, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək.

Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman
Kompleksinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter