• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ölkəmizdə idmanın kütləviliyi təmin edilir

  • 13.01.2023, 23:30, Baxış sayı:
  • 171
Ölkəmizdə idmanın kütləviliyi təmin edilir
Prezident İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Azərbaycan dövlətinin idmançılara göstərdiyi diqqət və qayğıdan, eləcə də idman sahəsində görüləcək işlər barədə çıxış etdi. Bu gün dövlət başçısının idman sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
İdman sahəsində 2022-ci ilin yekunları ürəkaçandır. Ötən il ölkəmizdə və xaricdə bir sıra beynəlxalq idman yarışları keçirildi. Təbii ki, başa çatan 2022-ci ili Azərbaycan idmanı üçün müsbət il kimi dəyərləndirmək olar.
Belə ki, idmançılarımız irimiqyaslı yarışlarda iştirak etdilər. Bu cəhətdən Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd etmək lazımdır. Həmçinin Azərbaycanda böyük yarışlar keçirildi. İdmançılarımızın nəticələrinə baxdıqda, bu 2022-ilin çoxlu ilklərlə yadda qaldığını görmək olar. Müxtəlif idman növlərində yeni nailiyyətlərimiz var. Elə idman növləri var ki, ötən il beynəlxalq tədbirdə ilk dəfə medal qazanmışıq. Bundan başqa, bəzi idman növlərində atletlərimiz dünya çempionatlarında ilk medallara yiyələndilər. Demək olar ki, 2022-ci il hər bir idman federasiyası qazandığı yeni uğurlarla haqlı olaraq fəxr edə bilər. Məqsəd 2024-cü il Paris Yay Olimpiya Oyunlarında yüksək nəticələr qazanmaqdır. Növbəti Olimpiya Oyunları çətin idman mübarizəsi şəraitində keçəcək.
Son zamanlar dünyada baş verən hadisələr, xüsusilə üç Avropa ölkəsinin münaqişədə iştirakı bir çox məsələlərə yenidən baxmağa səbəb oldu. Bu proseslər idmana da təsir edir. Bizim ölkəmizdə də dövrün reallıqları nəzərə alınaraq daim islahatlar aparılır və bunu ənənəvi dəyərlərimizə uyğun etməyə çalışırıq. Bütün bu islahatlar düşünülmüş şəkildə aparılır. Əvvəlcədən hər bir məsələni dərindən araşdırmaq və sonra düzgün qərarlar qəbul etmək vacibdir. Azərbaycanın Gənclər və İdman Nazirliyi də son illər federasiyalarla işi normal şəkildə qura bilib.
Bu yaxınlarda Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzaladı. Bu struktur islahatları gənclər və idman sahəsinin inkişafına çox müsbət təsir göstərəcək. Təbii ki, bu strukturun təkmilləşdirilməsinin idarəçiliyə olduqca müsbət təsiri olacaq. Yəni, bu nazirliyin hər bir işi birbaşa idman və gənclər sahələri ilə bağlıdır. Bu Sərəncamla daha çox idarəçilik sisteminin dəyişilməsi nəzərdə tutulur, struktur müasirləşdirilir. Gələcəkdə bu təkmilləşdirmə özünü doğruldacaq və onun bəhrəsini görəcəyik.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunan ərazilərdə Olimpiya İdman komplekslərinin və idman zallarının tikilib istifadəyə verilməsi nəzərdə tutulub.
Ölkəmizdə həm gənclər, həm də idman sahəsində böyük layihələr planlaşdırılıb. Ağdamda böyük idman kompleksi və stadion tikiləcək. Bundan başqa, Qarabağda digər idman qurğularının inşası da nəzərdə tutulur. Bu layihələrin icrası ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən müvafiq tapşırıqlar verilib və bu sahədə işlər sürətlə gedir. Bir neçə rayonda idman qurğularının və komplekslərin inşası planlaşdırılır. Belə ki, iri rayonlarda daha böyük olimpiya idman kompleksləri, kiçik rayonlarda isə idman zalları tikilib istifadəyə veriləcək.
Ənənəvi olaraq Yay Olimpiya Oyunlarına daxil olan üç idman növü üzrə dünya kuboklarının hamısı hər il Azərbaycanda keçirilir. Bu yarışlarda iştirakçıların sayı ildən-ilə artır. Bu dünya kuboklarına hər dəfə 40-a yaxın ölkənin idmançıları gəlirlər. Bundan əlavə, gimnastikanın müxtəlif növlərində bir neçə qitə və ya dünya çempionatları keçirilib. 2023-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı və 3 dünya kuboku ölkəmizdə təşkil olunacaq.
Paytaxtımızda mütəmadi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Dünyanın bir çox idman ulduzları Azərbaycana həvəslə gəlirlər. Bütün bunlar ölkəmizdə idmana marağın daha da artırılmasına yönəlib. Bakıda və rayonlarda minlərlə idmançı hər gün müntəzəm məşqlər edir. Bu da gənclərin asudə vaxtlarının səmərəli, faydalı təşkil olunmasına kömək edir.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz əvvəlki illərdə olduğu kimi, 2022-ci ildə də həm idman, həm də bütün digər sahələrdə böyük uğurlar qazandı.
Şübhə yoxdur ki, Yeni ildə idmançılarımızın uğurları daha çox olacaq.

Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter