• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

YAP Sabirabad rayon təşkilatının təsis edilməsinin 30 illiyi ilə əlaqədar konfrans keçirildi

  • 17.01.2023, 17:19, Baxış sayı:
  • 164
YAP Sabirabad rayon təşkilatının təsis edilməsinin 30 illiyi ilə əlaqədar konfrans keçirildi
YAP Sabirabad rayon təşkilatının təsis edilməsinin 30 illiyi ilə əlaqədar konfrans keçirildi
YAP Sabirabad rayon təşkilatının təsis edilməsinin 30 illiyi ilə əlaqədar konfrans keçirildi
YAP Sabirabad rayon təşkilatının təsis edilməsinin 30 illiyi ilə əlaqədar konfrans keçirildi
YAP Sabirabad rayon təşkilatının təsis edilməsinin 30 illiyi ilə əlaqədar konfrans keçirildi
16 yanvar 2023-cü ildə Sabirabad şəhərində yerləşən “Şam” sarayında Yeni Azərbaycan Partiyası rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd edilmişdir. Konfransa başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunmuşdur. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, filologiya elmləri namizədi, Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı - publisist Səyyad Aran (Salahlı) Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Tofiq Cahangirov, Partiya veteranları, ərazi partiya təşkilat sədrləri, sədr müavinləri və partiya fəalları iştirak edirdilər.
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təsis edilməsinin 30 illik yubiley tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Daha sonra Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin və partiyanın ötən müddət ərzində vəfat etmiş üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirə sədrlik edən YAP Sabiradad rayon təşkilatının sədri Varis Rüstəmov çıxış edərək tədbir iştirakçılarını yubley münasibətilə təbrik etdi və onu da qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Naxçıvanda təsis olunduqdan sonra,Partiyanın yerlərdə təşkilatlanma çağırışına Sabiarbad rayonu ilk səs verənlərdən oldu. Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı Respublikada ikinci rayon oldu ki,16 yanvar 1993-cü il tarixdə 256 nəfər YAP üzvü ilə öz təsis konfransını keçirtdi. Bu təsis konfransından dərhal sonra rayon əhalisinin partiya sıralarına üzv olmaq axını başlandı.Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası rayon təşkilatının nəzdində YAP üzvlərinin sayı 256 nəfərdən 2280 nəfərə qədər artdı.Partiyanın qısa müddətdə bu boy artımı Sabirabad əhalisinin Ulu Öndər Heydər Əliyevə olan böyük inam və sevgisindən irəli gəlirdi. Daha sonra natiq öz çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması şərəfinə bu il “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanmışdır. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüzün önündədir. Bugünkü Azərbaycanın reallıqları Heydər Əliyev siyasətinin təntənəsidir. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi isə bu dahi şəxsiyyətin fəaliyyətinin ay¬rı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.
Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Partiyanın rayon təşkilatının keçdiyi yola nəzər saldı. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoydu. Partiyanın rayon təşkilatının üzvlərinə uğurlar arzulayan Həsən Həsənov Rayon təşkilatının yubleyi münasibəti ilə konfrans iştirakçılarını təbrik etdi.
Çıxışına təbrik nitqi ilə başlayan partiya veteranı, Azərbaycanın ictimai-siyasi xadimi, filologiya elmləri namizədi Səyyad Aran. partiyanın yarandığı şəraiti təhlil etdi. Partiyanın rayon təşkilatının üzvlərini ötən dövr ərzində dövlətə sədaqət və sadiqlik nümunəsi yaratdıqlarını bildirdi. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin siyasi sisteminin inkişafındakı töhfələrindən, xalqımızın xoşbəxtliyi naminə həyata keçirdikləri layihələrdən söz açdı. Natiq çıxışının sonunda YAP Rayon təşkilatının üzvlərinə uğurlar arzuladı.
Daha sonra Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Professor Tofiq Cahangirov çıxış edərək qeyd etdi ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı var.Dövlətə,xalqa xidmət etmək partiyanın fəaliyyətinin ana xəttini təşkil edir.Partiyanın irəli sürdüyü hər bir təşəbbüs və qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir.
Partiya veteranlarından və tədbir iştirakçılarından Məhərrəm Məhərrəmov, Fəzail Cəfərov,Gülnar Hüseynova,Nadir Quliyev və Fatma hüseynova çıxış edərək partiyanın rayon təşkilatının keçdiyi fəaliyyət yolu barədə xatirələrini bölüşdülər. Partiyanın rayon təşkilatının tədbirləri və gələcəkdə bu istiqamətdə görüləcək işlərdən söz açdılar. Çıxış edənlər konfrans iştirakçılarını yubley münasibəti ilə təbrik etdilər.
Tədirin sonunda Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təsis edilməsinin 30 illiyi ilə əlaqədar rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup partiya veteranı və fəallar Fəxri Fərmanla təltif olundurlar.
Tədbir Ulu öndər Heydər Əliyevin Sabirabad rayonuna səfərləri zamanı rayon əhalisinə etdiyi müraciətləri ilə nümayiş olunan videoçarxla və iştirakçıların alqış sədası ilə sona çatdı.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter