• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

YAP ərazi təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

  • 04.03.2022, 21:14, Baxış sayı:
  • 254
YAP ərazi təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının Güdəcühür, Axtaçı Muğan, Şıx Salahlı, Osmanlı, Qaragüney və Dadaşbəyli kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.
Hesabat yığıncaqlarında təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib.
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov yeni seçilən sədr və sədr müavinlərini təbrik edib, işlərində uğurlar arzulayıb.
Sonda ərazi partiya təşkilatlarının qeydiyyatında olan bir sıra partiya veteranları YAP Sabirabad rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olunublar.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter