• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

  • 15.11.2022, 16:14, Baxış sayı:
  • 222
Noyabrın 14-də Sabirabad rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra rayon Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirələri ehtiramla anılıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Cəmiyyətdə böyük nüfuza, siyasi çəkiyə malik, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov qalib Azərbaycanın bugünkü uğurlarının fonunda dünənimizə nəzər salaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amillərdən bəhs edib:”Düz 30 il əvvəl ölkənin siyasi həyatına Yeni Azərbaycan Partiyasının daxil olması Azərbaycan cəmiyyəti qarşısında tarixin qoyduğu qaçılmaz zərurət idi.Yeni Azərbaycan Partiyası bu zərurətin siyasi ifadəsi kimi yaradıldı.Yeni Azərbaycan Partiyasının yarandığı 21 noyabr 1992-ci il Azərbaycan tarixində ən əlamətdar və unudulmaz təqvimlərdən biridir.Yeni Azərbaycan Partiyası Vətənin, Dövlətin son dərəcə ən ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb və Azərbaycanı bugünkü inkişafa, qalibiyyətə gətirib çıxarıb.Yeni Azərbaycan Partiyası sübut edibdir ki, o, sağlam təməllər üzərində qurulmuş demokratik prinsiplərə söykənən bir partiyadır.”
Varis Rüstəmov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Naxçıvanda təsis olunduqdan sonra,Partiyanın yerlərdə təşkilatlanma çağırışına Sabiarbad rayonu ilk səs verənlərdən oldu. Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı Respublikada ikinci rayon oldu ki,16 yanvar 1993-cü il tarixdə 256 nəfər YAP üzvü ilə öz təsis konfransını keçirtdi. Bu təsis konfransdan dərhal sonra rayon əhalisinin partiya sıralarına üzv olmaq axını başlandı.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının I-ci müavini Həsən Həsənov çıxış edərək qeyd etdi ki,Azərbaycanın bu günü ilə dünəni müqayisə etdikdə görərik ki, Heydər Əliyev yolu hər zaman ölkəmizə davamlı uğurlar qazandırıb.”Artıq bu gün qalib Azərbaycandan danışırıq. Bu sevinci bizə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Canları, qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizin qəhrəmanlarıdırlar. Qalib ölkənin vətəndaşı olmaq böyük qürur və məsuliyyətdir. Hər bir kəs Azərbaycanın daha uğurlu gələcəyi üçün səylərini artırmalı, postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə öz töhfəsini verməlidir.”
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü,Partiyamızın qızıl fondu sayılan məhşur “91-lər”-dən olan,Professor Məmməd Nəsirov bildirib ki, bu gün ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi təntənə ilə qeyd edilir. Ötən 30 il həm partiyanın, həm də ölkəmizin həyatında mühüm hadisələrlə zəngindir. Bu uğurların zirvəsində dayanan tarixi Zəfərimizi şərtləndirən amillər 30 ilin təhlili fonunda aydın şəkildə görünür. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni hədəflərə doğru inamla irəliləyir.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Professor-kardioloq Tofiq Cahangirov bildirib ki, Yeni Azərbaycan Partiyası Vətənin, dövlətin ən ağır zamanlarında yaranıb və Azərbaycanı bugünkü inkişafa, qalibiyyətə gətirib çıxarıb: “21 noyabr 1992-ci ildə yaranan partiyamız ilk gündən ümumxalq partiyasına çevrilərək xalqda sabaha inam yaratdı, qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirməklə ölkənin inkişafına, tərəqqisinə yol açdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoydu. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə YAP-ın misilsiz xidmətləri var. Şərəfli inkişaf yolu keçən partiya müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayır, sıraları ildən-ilə genişlənir”.
Daha sonra çıxış edən, Sosialist Əməyi Qəhrəmanı,1-ci dərəcəli “Əmək”orden mükafatçısı və Prezident təqaüdçüsü – Fatma Hüseynova, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının Şıxsalahlı kənd ərazi partiya təşkilatı sədri, Partiya veteranı Bəylər Heydərov və Azərbaycan Respublikasının Milli Qəhrəmanı,Şəhid Murad Mirzəyevin atası Telman Mirzəyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin miqyasının ölçüyəgəlməzliyindən, YAP-ın ölkəmizin tarixində mühüm rolundan bəhs ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.
YAP Sabirabad Rayon Təşkilatı

Sabirabad  rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Sabirabad  rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Sabirabad  rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Sabirabad  rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Sabirabad  rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Sabirabad  rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter