Müasir dünyamızda idman siyasətin ayrılmaz hissəsinə cevrilərək, ölkələrin müsbət imicini formalaşdıran əlati olmuşdur. İdman ictimai həyatın bütün sferalarına özünəməxsus təsir göstərir, onun vasitəsi ilə bir çox sosial və siyasi funksiyalar həyata keçirilir. Ən qəd im zamanlardan başlayaraq bir çox xalqlarda idmanın müxtəlif növləri üzrə yarışlar formalaşmağa başlamışdır. Bu yarışlar həmi barışıq üçün, həmdə sivil qaydada münasibətlərin müəyyənləşdirilməsində böyük rol oynayırdı.
Azərbaycan xalqınında zəngin tarixə söykənən idman adətləri olmuşdur. Müstəqilliyin bərpasının ilk illərindən Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda idmana əsl qayğı başlamışdır. Hər bir sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Tədricən Azərbaycanın idman ölkəsinə çevrilməsi, idmançılarının müxtəlif nüfuzlu yarışlara qatılması, dövlətimizi layiqincə təmsil etməsi üçün addımlar atılmağa başlamışdır. Azərbaycan idmançılarının Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət almışdır. Qısa zamanda həyata keçirilən məqsədyönlü tədbirlər və düşünülmüş addımlar, dövlətin idmana və idmançılarımıza maddi və mənəvi dəstəyi sayəsində Azərbaycan idmançılarının uğurları artmağa başlamışdır. Nəticədə bu gün Azərbaycan güclü idman ölkəsi kimi tanınmaqdadır. 1997-ci ildən MOK-a rəhbərlik edən İlham Əliyev komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarada bilmişdir, ölkəmizdə Olimpiya Hərəkatının sürətl i inkişafına təkan vermiş və onun Beynəlxalq Olimpiya Oyunlarının Hərəkatına fəal qoşulmasını təmin etmişdir. Azərbaycan MOK-u ölkəmizdə Olimpiya Hərəkatının və idmanının inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək, qısa müddət ərzində uğurlu göstəricilər əldə etmişdir.
Cari ilin 9 noyabrnda kecirilən 2022-ci ilin idman yekünlarına həsr olunan mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ötən ilndə hər il olduğu kimi, Azərbaycan idmanı üçün uğurlu il olduğunu demişdir. Ölkə başcısı bildirmişdir ki, “Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir” - “Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər”
Bütün Bu nəticələr dövlətimizin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Dövlət tərəfindən idmançılara yaradılan şərait onlarda böyük ruh yüksəkliyi oyadır. Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan idmanı inkişaf etdirməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün sağlam mühütin yaranmasına şərait yaradır. Respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artmaqdadır. Ölkəmizin əksər regionlarında müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları tikilərək idmançılarımızın istifadəsinə verilir. Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər görüləcəkdir. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanmasına öz töhfələrini verir.
Əldə olunan idman nailiyyətləri onu deməyə imkan verir ki, Azərbaycan böyük idman ölkəsinə cevrilib. Vaxtı ilə böyük həsrətlə işğal altında olan torpaqlara qayıdacağımızı gözlədiyimiz kimi, indi virana qoyulan şəhərlərimizə böyük idmanın gələcəyini gözləyirik. Qarabağın İmarət stadionunda Avro kuboklar qazanmağını gözləyirik.
Nadir Quliyev,
Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi