• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Abadlıq, səliqə-sahman işləri camaatımızın rahatlığı üçündür

  • 05.01.2023, 19:20, Baxış sayı:
  • 205
Ölkəmizin hər yerində abadlıq-quruculuq işləri getdikcə sürətlənir. Bütün bunlar isə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məq­sədyönlü siyasət sa­yəsindədir.
Son illər ölkəmizdə, eləcə də Sabirabad rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Sabirabad şə­hərində daxili yollarda da asfaltlaşma işləri aparılmışdır. Lakin abad, müasir tələblərə cavab verən yollar, parklar, xiyabanlar, səkilərlə bərabər gözdən uzaq, könüldən iraq düşən yollar da vardır. Baxımsızlıq ucbatından həmin yerlər bərbad vəziyyətə düşmüşdü.
Sabirabad Rayon İcra Ha­kimiyyətinin başçısı Siraqəddin Cabbarov uzun illər asfalt çəkilməyən şəhərdaxili yollarımızı, yaşayış binalarının ətraflarını abadlaşdırdı, asfalt çəkdirdi. Həmin yerlərdə adamlar yayda toz-torpağa, qışda isə qar-yağış yağanda palçığa bulaşırdılar. Asfaltlaşmadan başqa digər abadlıq işləri də görülür. Küçələrin işıqlandırma sistemi yenilənir, qurumuş ağaclar kə­silir, yerində təzələri əkilir, habelə daxili kanallar təmizlənir və s. işlər görülür. Bu nəcib əməllər camaatımızın rahatlığı üçün­dür.
İndi abadlıq, səliqə-sahman işlərini görəndə adamın eyni açılır. Buna görə rayon rəhbərinə ürəkdən minnətdarlığımızı bil­diririk.

Seyidhəşim AĞAYEV,
Sabirabad şəhər Ağsaqqallar Şurasının sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter