Sabirabad RİHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 2022-ci ilin əvvəlindən indiyədək bir sıra tikinti-abadlıq, quruculuq işləri görülmüşdür.
Sabirabad şəhər İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi S. Xəlilovdan aldığımız məlumata görə şəhərin H.Əliyev prospektində səkilərə tamet vurulmuş, yol keçidlərində təmir işləri aparılaraq istismara verilmişdir.
H.Əliyev, X.Səfərəliyev, E.Qasımov, M.Müşfiq, Q.Qarayev, Bülbül, M.P.Vaqif, Koroğlu, İstanbul, Təbriz, H.Ağayev, A.Sultanova, Şəhriyar, S.Ə.Şirvani, Şərifzadə, Z.Əliyev, R.Behbudov, H.Həmidov, İ.İsgəndərov, Q.Mənsimov, Nəsimi, Muğan, X.Məmmədov, Füzuli, Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə, H.Z.Tağıyev, C.Məmmədquluzadə, Ş.Qurbanov, A.İsmayılov, Bakıxanov, Xiyabani, Vidadi, Q.Namazəliyev, R.Şirinov, Xətai, Babək, H.Cavid, T.Novruzov, Natəvan, R.Rza, A.Məmmədov, V.Məmmədov, A.Ağayev, küçələrində qum-çınqıldan yol əsası düzəldilmişdir. Eyni zamanda X.Səfərəliyev, E.Qasımov, M.Müşfiq küçələrində qalınlığı 5 sm olan xırdadənəli isti asfalt beton qarışığından örtük düzəldilmişdir.
Şəhərin Babək və V.Əhmədov küçələrində yararsız səkilər sökülmüş, yerinə beton səkilər işlənərək istismara verilmişdir.
Şəhərin M.Müşfiq (65 ədəd), N.Nərimanov (17 ədəd), H.Həmidov (15 ədəd), Vidadi (15 ədəd), A.Abdullayev (13 ədəd). N.Süleymanov (9 ədəd) küçələrində, Muğan prospektində (Peşə Liseyinin qarşısı) 15 ədəd işıq dirəkləri quraşdırılıb istifadəyə verilmişdir.
A.M.Şərifzadə, E.Qənbərov, R.Behbudov, V.Əhmədov, N.Süleymanov, M.Müşfiq, Xiyabani, Ordubadi küçələrində dren kollektorlar lildən təmizlənmişdir.
Şəhərin ərazisində tikinti-abadlıq və quruculuq işləri davam etdirilir.
“Muğanın səsi”