Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə həyata keçirilir. Möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sistemində surətlə irəliləməsi Azərbaycanın gerçəkliyini təşkil edir.
Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət, müstəqil dövlətçilik, müstəqil xarici və daxili siyasət milli ideologiyanın əsas prinsipləri üzərində qurulmuşdur.
Biz dəyərlərin, həyata baxışların, yaşam prinsiplərinin sürətlə dəyişdiyi əsrdə yaşayırıq. Bu məqamda nəsillərin bir amal uğrunda vəhdəti, onların ideya mirasına sadiqliyi ən vacib şərtdir. Prezident İlham Əliyev nəsillərin vəhdətini yaratmış liderdir. O, xalqı şərəfli missiya uğrunda kökləmək məharətinə malikdir. Vətən müharibəsi müddətində hər birimiz bu köklənmiş qürur və fəxarət dolu hadisələrin şahidi olduq.
Xalqın maraqları və təlabatı üzərində qurulan daxili və xarici siyasət digər məsələlərlə yanaşı, cəmiyyətin və dövlətin bütün qüvvələrinin ümumi məqsəd naminə birləşməsinə gətirib çıxarmışdır. Möhtərəm cənab Prezidentin müdrüklüyünə söykənərək Azərbaycançılıq ideyalarından güc alan xalqımızın milli birliyi döyüş meydanında düşmənə endirilən “dəmir yumruğa” çevrilərək qələbənin mühüm amillərindən biri olmuşdur.
Cənab Prezident İlham Əliyev bütün bu illər ərzində hər yerdə, nüfuzlu beynəlxalq təşkilatlarda, dövlət səviyyəli görüşlərdə ilk növbədə ədalətlilik prinsiplərini əsas tutaraq bütün münaqişələrin həllində hamının bu mövqedən yanaşmasını arzulamış, tövsiyyə etmiş və tələb etmişdir.
Hər bir xalq, hər bir dövlət öz müstəqilliyini qorumaq, öz müqəddəratını təyin etmək hüququqna malikdir. Hələ, 2 oktyabr 2020-ci ildə O, “ Əl- Cəzirə” televiziya kanalına müsahibə verərkən demişdi:- BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddaratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir məqam odur ki, ölkəınin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz.
Hər bir dövlətin, hər bir xalqın müstəqil, suveren hüquqlarına işğalçılıq mövqeyindən yanaşaraq müdaxilə etmək olmaz. Lakin, təəssüflər olsun ki, dünyanın müxtəlif yerlərində bu prinsiplərə riayət olunmur və bunlar baş verir. Azərbaycanda 30 il bu işğalçı siyasətin qurbanına çevrilmişdi. Prezident İlham Əliyev faşist Ermənistanın işğalçı siyasətinə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məsədi ilə bütün beynəlxalq hüquq normalarına riayət etməklə, nüfuzlu, səlahiyyətli beynəlxalq təşkilatlara müraciət etmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olumuşdur. Bu qətnamələrdə erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal, qeyri- şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. Lakin, bu yerinə yetirilmədi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni, bütün bu aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etsələrdə, lakin məsələ öz həllini tapmadı. Bu onu göstərirdi ki, beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrası selektiv xarakter daşıyırdı. Cənab Prezident İlham Əliyevin xatırlatdığı kimi. BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilirdi, bəzi hallarda isə bir neçə saat ərzində. Amma, bizə münasibətdə isə bu 30 il ərzində yerinə yetirilmədi. Bu ikili standartların bariz nümunəsidir.
Cənab Prezident İlham Əliyev bütün çıxışlarında, görüşlərində qeyd edirdi ki, biz sülh istəyirik. Məsələni sülh yolu ilə həll etmək istəyirik. Əgər bu baş verməzsə biz torpaqlarımızı istənilən üsulla azad etməyə hazırıq və buna qadirik.
Cənab Prezidentin müdrik, səbrli, təmkinli siyasəti məsələnin hərb yolu ilə həllinə başlayarkən, bizi tənə-qınaq etmək üçün heç kim qarşısında şans qoymadı. Yuxarıda qeyd olunan səlahiyyətli beynəlxalq təşkilatların iqtidarında olduqları lakin görmədikləri işləri cənab Prezident öz gücü ilə, xalqı ilə birlikdə həyata keçirdi. Vətən torpaqlarını işğaldan azad etdi.
Dövlət başçımızın hərb sahəsindəki qələbələrindən əvvəl diplomatiya və informasiya sahəsində möhtəşəm uğurları olmuşdur. O, xarici ölkələrdəki səfirlərimiz və diplomatik korpusun təmsilçiləri ilə görüşlərdə dəfələrlə təkrar etmişdi ki, biz ”hücum diplomatiyası”cyolunu tutmalıyıq. Daxildə fəaliyyət göstərən kütləvi informasiya vasitələri də bu çağrışa qoşularaq öz fəaliyyət dairələrini gücləndirdilər.
Əsas məqamlardan biri kimi onuda qeyd etmək lazımdır ki, müharibə şəraitində olmasına baxmayaraq ölkə daxilində sabitlik hökm sürürdü. Bu isə o demək idi ki, həm xarici siyasət sahəsində, həm də iqtisadi sahədə uğurlar qazanmaq üçün şanslıyıq. Bu belə də oldu. Düzgün istiqamətlənmiş siyasət dayanıqlı iqtisadi platforma yaradaraq sürətlə inkişaf etməyə başladı.
Cənab Prezident İlham Əliyevin siyasi sahədə atdığı addımlara diqqət yetirin. Bu 30 il ərzində daxili sabitlik təmin olunur, bütün xarici ölkələrin başçıları, mötəbər beynəlxalq təşkilatların nümayəndələri dəvət olunur, həqiqətləri dünya ictimayyətinə çatdırmaq üçün, hətta öz təşəbbüsü ilə ölkəmizə gəlmək istəyən media nümayəndələri qəbul edilir, əsl həqiqətlər barədə onlar ətraflı məlumatlandırılır, onları maraqlandıran bütün qaranlıq məqamlara aydınlıq gətirilir. Ən əsası isə müharibə şəraitində olan bir ölkənin sürətlə inkişafının şahidi olurlar. Kimin- kim olduğunu, kimin nəyə qadir olduğunu öz gözləri ilə görürlər. Bəlkə də dünya tarixində qarşılaşmadığımız bir hal idi ki, bütün mötəbər təşkilatların bəzi konfransları, görüşləri, münaqişəli məsələlərin həlli istiqamətindəki görüşlər, iqtisadi sahədəki bəzi qlobal formlar Bakıda keçirilirdi. Beynəlxalq təşkilatlar tərəfindən keçirilən Bakı Konfransı, Bakı Bəyannaməsi və s. Nəhəng güc strukturuna malik dövlətlərin, alyansların, NATO və Rusiya Müdafiyə Nazirliyi Baş qəragahının nümayəndələrinin Bakıda keçirilmiş 2 görüşü və s. Bütün bunlar cənab Prezident İlham Əliyevin ədalət prinsipləri üzərində apardığı məsədyönlü siyasətə, həm də beynəlxalq siyasət aləmindəki şəxsi nüfuzuna hörmət və inamına qarşı etimaddan irəli gəlirdi. Əlbətddə ki, belə görüşlərin keçirilməsinə həm xaricdə, həm də bəzi daxildəki nankorlar qısqanclıq, gözügötürməməzlik mövqeyində duraraq digər rakusdan baxırdılar. Əlbəttə ki, bu fikirlər yanlış, siyasət aləmində dar düşüncəli “siyasətçilərin” fikirləri idi. Əslində isə bu müdrik siyasətin nəticəsi olaraq informasiya sahəsində qələbəyə gedən bir yol idi. Belə də oldu.
Cənab Prezident İlham Əliyev səfər etdiyi dünyanın bütün ölkələrində böyük coşqu, sevinclə qarşılanır. Onun nüfuzu, reytinqi həm Prezident, həm də bir şəxsiyyət kimi dünya miqyasında günü-gündən qalxmaqda davam edir. Avropa ölkələri Azərbaycanı özlərinə bir ümid yeri kimi sayırlar. Ona böyük hörmət və ehtiramla yanaşırlar. Bunun bariz nümunəsi olaraq biz cənab Prezident İlham Əliyevin Serbiya Prezidenti ilə görüşü və bu görüşdən sonra birgə mətbuat konfransında Serbiya Prezidenti Aleksandar Vuçiçin dediyi sözləri qeyd edə bilərik. Serbiya Prezidenti: “ Biz Prezident İlham Əliyevə inanırıq, onun sözü imzasına bərbərdir”. Qeyd etdi ki, Azərbaycan və cənab Prezident İlham Əliyev nəinki Serbiya üçün, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır. O, davam olaraq qeyd etdi ki, İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Onların Azərbaycana ehtiyacı var. Göründüyü kimi əlavə şərhə ehtiyac yoxdur.
Şübhəsiz, Möhtərəm Prezidentimizin iti zəkası, geniş dünyagörüşü, siyasi bacarıq və sərişdəsi, diplomatik təcrübəsi, həmçinin şəxsi keyfiyyətlərindən irəli gələn ədalətliliyi, prinsipiallığı, qətiyyəti qazandığımız Qələbəni, həm siyasi, həm də iqtisadi sahədəki uğurları şərtləndirən amillərdir.
Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru