Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib
- 11.04.2022, 12:58, Baxış sayı:
- 354
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir. Müstəqillik qazanmasından cəmi 31 il keçməsinə baxmayaraq Azərbaycan Respublikası Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan İlham Əliyev tərəfindən həyata keçirilən müdrik və uzaqgörən islahatlar nəticəsində ölkəmizin iqtisadi inkişafında keçid dövrü başa çatmışdır. 2003-cü ildə dünyanın ən gənc prezidentlərindən biri kimi fəaliyyətə başlayan İlham Əliyev Azərbaycan kimi çox mühüm geosiyasi mövqeyə və əhəmiyyətə malik olan bir ölkəyə başçılıq edir.
Prezident İlham Əliyev Ulu Öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil almışdır. Prezident seçilərkən İlham Əliyev, artıq dünyada tanınmış və qəbul olunmuş təcrübəli dövlət xadimi idi. O, yeni və müstəqil Azərbaycan uğrunda ən ağır mübarizələrdə dahi rəhbərin ən yaxın silahdaşı olmuş, həyata keçirilən bütün islahatlarda fəal iştirak etmişdi. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Güclü iqtisa¬diyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiy¬yatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oyna¬yan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Əldə olunan uğurlar təkcə daxili inkişafa yönəlməmiş, xarici siyasətdə də bir sıra ciddi addımlar atılmışdır. Aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şu¬rasının qeyri-daimi üzvü seçilmiş, dünya¬da beynəlxalq təşkilatların Ermənistanı işğalçı dövlət kimi tanınmasına nail olunmuşdur.
Cənab İlham Əliyevin xalq tərəfindən sevilməsi və dəstəklənənməsi 2018-ci ilin 11 aprelində növbəti dəfə böyük səs çoxluğu ilə prezident seçilməsinə səbəb olmuşdur. Azərbaycan xalqı bir daha Prezi¬dent İlham Əliyevin müdrik siyasətinin lehinə elliklə səs verdi. Xalq inanırdı ki, onun sevimli lideri işğal altında olan torpaqlarımızın yağı düşməndən azad olunmasını mütləq təmin edəcək. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına qələbəni bəxş etmişdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində erməni işğalından azad olundu, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi.
Xarirə Məhərrəmova,
S.Vurğun adına 3 saylı Sabirabad
şəhər tam orta məktəbinin direktoru