• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ölkəmiz müstəqil xarici siyasət yürüdür

  • 21.09.2022, 08:32, Baxış sayı:
  • 281
Ölkəmiz müstəqil xarici siyasət yürüdür
Azərbaycan müstəqil dövlət olaraq müstəqil xarici siyasət yürüdür. Hər zaman sülh və əməkdaşlıq tərəfdarı olan ölkəmizin məqsədi regionda davamlı inkişaf və möhkəm əsaslı təhlükəsizliyin təmin olunmasıdır. Ölkəmizin 2020-ci ildə Vətən müharibəsində qazandığı parlaq Zəfərdən dərhal sonra Ermənistana sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış etməsi və işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlaması deyilənlərə bariz sübutdur. Baxmayaraq ki, Azərbaycan 30 il işğaldan əziyyət çəkib, eyni zamanda beynalxalq ədalətsizliklə üzləşib. Beynəlxalq ədalətsizliklə üzləşmək əsasən işğalçı Ermənistana qarşı təzyiqlərin olmaması, həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il əzində yerinə yetirilməməsi olmuşdur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən məlum dörd qətnaməsi sadəcə kağız üzərində qalmışdı. Baxmayaraq ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirilir. Lakin Azərbaycanın qarşılaşdığı işğalla bağlı qəbul olunmuş qətnamələr haqqında bunu demək mümkün deyil.
BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını Azərbaycan özü təmin etdi. Təbii ki, Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edərək beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunmasına nail oldu. Ölkəmiz hər zaman təhlükəsizlik və ədalətin tərəfdarı olmuş, öz fəaliyyətini beynəlxaq hüququn prinsipləri əsasında qurmuşdur. 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edərkən Prezident cənab İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan öz fəaliyyətini bundan sonra da beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. Bu prinsipləri əsas tutduğu üçün Azərbaycan artıq dünyada yüksək nüfuz sahibinə çevrilməyi bacarıb. Ölkəmiz bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olnur. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılması ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Bir sözlə, Azərbaycan artıq beynəlxalq aləmdə yüksək nüfuz sahibidir və bu da ölkəmizin tərəfdaşlarının sayının artmasına səbəb olur.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Prezident cənab İlham Əliyev ölkəmizin regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyinə də diqqət çəkdi. Bu isə Azərbaycanın böyük tranzit və nəqliyyat-kommunikasiya imkanlarına malik olmasından, eləcə də, regionun inkişafındakı marağından irəli gəlir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində avtomobil və dəmir yollarının çəkilməsi, beynəlxalq hava limanlarının inşası tranzit imkanlarımızı artırmaqla yanaşı bölgənin hərtərəfli inkişafına təkan verəcəkdir. Bundan əlavə, 2020-ci ildə Vətən müharibəsindəki Zəfərimiz nəticəsində Azərbaycanın yaratmış olduğu yeni reallıqlardan olan Zəngəzur dəhlizi də bu əsasda çox böyük əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanları artacaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Ümumiyyətlə, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb.

Tofiq Quliyev,
Sabirabad rayonu, Nizami kənd
sahə xəstəxanasının müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter