• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət

  • 09.04.2022, 14:35, Baxış sayı:
  • 414
Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət


Varis
RÜSTƏMOV,

YAP Sabirabad rayon
təşkilatının sədri

Müstəqil Azərbaycan Respublikasının müasir inkişafı həm ölkəmizin iqtisadi-hərbi qüdrətinin dönmədən artırılması və həm də müstəqil xarici və daxili siyasətin ardıcıl olaraq uğurla həyata keçirilməsi ilə şərtlənir. Bu baxımdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dünyanın və ölkəmizin ən çətin zamanlarında atdığı qətiyyətli addımlar, yaratdığı möhkəm təməllər yenicə müstəqillik qazanmış Azərbaycanın dünya birliyində özünəməxsus yeri və əhəmiyyəti olan bir dövlət kimi qəbul edilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxaspektli və məqsədyönlü siyasət xalqımızın və ölkəmizin inkişafında yeni tarixi mərhələnin yaranması ilə nəticələnmişdir. Möhtəşəm Qarabağ Zəfəri, bütün istiqamətlər üzrə inkişaf etmiş və beynəlxalq aləmdə öz sözü olan güclü Azərbaycanın tarixində xüsusi bir İlham Əliyev erasının yaranmasını müəyyən etmişdir. Müstəqil Azərbaycan dövlətinin Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı, Ümumdünya Səhiyyə Təşkilatı və sair mötəbər beynəlxalq qurumlar səviyyəsində qazandığı böyük nüfuz, dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq sahəsində əldə edilmiş mühüm nailiyyətlər Prezident İlham Əliyevin müstəqil dövlətçilik istedadının parlaq reallıqlarıdır. Böyük qürur hissi ilə demək olar ki, bu gün dünyada Azərbaycan Respublikası qədər hərtərəfli şəkildə inkişaf edən və yüksək beynəlxalq imicə malik olan ölkələr çox deyildir.
Hər bir cəmiyyətdə hakimiyyətə münasibətin ən vacib meyarı vətəndaşın məmnunluq səviyyəsidir. Bu meyar müasir dövrdə təkcə politoloji-siyasi deyil, həm də mənəvi-psixoloji kateqoriya kimi çıxış edərək dövlət-vətəndaş münasibətlərinin real mənzərəsini, xarakterini müəyyən edir. Təcrübə göstərir ki, vətəndaş məmnunluğunun ümdə şərtlərindən biri də dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasıdır. Başqa sözlə, məhz ictimai maraqların ifadəçisi olan Lider fəaliyyətində xalqa təmənnasız xidməti və vətəndaş məmnuniyyətini ali məqsədə çevirir.
2020-ci ildə qazandığımız tarixi Zəfərdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan pandemiyanın doğurduğu çətinliklərə rəğmən 2021-ci ili ciddi sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurdu. Təsadüfi deyildir ki, respublikamızın iqtisadi tərəqqinin davamlılığını təmin edən milli inkişaf modelinə dünya miqyasında da ciddi maraq göstərilir. Ən böyük hakim olan zaman əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanı liderlər cərgəsinə yüksəldən inkişaf strategiyasının əsaslarının nə dərəcədə uzaqgörənliklə müəyyənləşdirildiyni real nəticələr əsasında sübut edir.
Bunlar bir daha təsdiq edir ki, həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi nəticəsində xalqın sosial rifahının ilbəil yaxşılaşdırılmasını təmin etməkdir və Heydər Əliyev ideologiyasının əsasını təşkil edən bu məram Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Bu siyasətin uğurlu davamı ölkəmizin ardıcıl və dayanıqlı iqtisadi inkişafını təmin edəcək, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ən başlıcası isə Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəlməsinə imkan verəcəkdir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter