• 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 
  • 12:28 – Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Türkədi kəndində vətəndaşları qəbul edib 
  • 14:15 – Makronun böhtan dolu fikirləri tamamilə beynəlxalq hüququn prinsiplərinə ziddir 

Qələbə paradının vaxtı açıqlandı

  • 07.12.2020, 04:36, Baxış sayı:
  • 244
Qələbə paradının vaxtı açıqlandı
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradın keçiriləcəyi tarix məlum olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.

Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq. /Muganinsesi.az/
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter