Ədliyyə sistemi möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzində olub
- 19.11.2022, 17:24, Baxış sayı:
- 198
Facebook
Вконтакте
Одноклассники
Google+
Vüsal HÜSEYNOV,
Sabirabad regional “ASAN xidmət” mərkəzi
Qeydiyyat şöbəsinin rəisi
Zəngin tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 104 il ötür.
Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü hər il ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə qeyd olunur.
Ədliyyə sistemi 44 günlük müharibədə az itki ilə Qələbəyə imza atan Ali Baş Komandan, xalqının sevimlisi, artıq dünyada şöhrətli siyasətçi kimi tanınan möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzində olub.
Məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi hüquq islahatlar çərçivəsində ədliyyə sistemi müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
Ədliyyə işçisi olaraq dövlətimizin daha sürətli inkişafı və qüdrətinin artırılması, ölkəmizin hərtərəfli tərəqqisi naminə möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək üzərimizə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirəcəyik.
Bayramınız mübarək, hörmətli həmkarlarım!