Ümummilli lider Heydər Əliyevin Azərbaycan ədliyyəsinə töhfəsi
- 19.11.2022, 17:19, Baxış sayı:
- 438
Facebook
Вконтакте
Одноклассники
Google+
Elnur AĞAYEV,
Sabirabad rayon Qeydiyyat şöbəsinin rəisi
Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan Ədliyyəsinin həyatında əsaslı dövr başlandı. Bu dövr ədliyyə sistemimizin sürətli inkişafı, fəaliyyət istiqamətlərinin hüquqi dövlət və demokratik cəmiyyətlər üçün zəruri olan missiyalarını əldə etməsi ilə xarakterikdir.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi sayəsində qısa müddət ərzində ölkəmizdə zəruri şərait yaradılaraq milli hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, mühüm addımlar atıldı. Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olundu.
Bu gün 104 yaşını qeyd edən Azərbaycan Ədliyyə işçilərinin peşə bayramını təsis etməklə ümummilli liderimiz ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmışdır.
Ulu öndərin hüquq siyasətini uğurla davam etdirən Ali Baş Komandan, zəbt olunmuş dədə-baba torpaqlarımızı 44 gün ərzində xalqa qaytaran dünya şöhrətli gənc siyasətçi cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin də bu sahədə fəal iştirakı ilə ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür.
Ədliyyə işçiləri ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşəcək və əzmlə çalışacaqlar.