• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şanlı Zəfərimizi qeyd edən Azərbaycan Ədliyyəsi

  • 19.11.2021, 11:20, Baxış sayı:
  • 375
Şanlı Zəfərimizi qeyd edən Azərbaycan Ədliyyəsi
1918 -ci il noyabrın 22-də Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt - nazirliyin əsasnaməsi təsdiq olunub. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə isə 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ölkəmizdə ədliyyə sisteminin təkmil bir struktur kimi formalaşması Ulu Öndər Heydər Əliyev Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdən başlayıb. 1969-cu ildən - Ümummilli Liderin Azərbaycanda rəhbərliyə gəldiyi dövrdən Ədliyyə Nazirliyi məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib.
Azərbaycan ədliyyəsinin inkişafı üçün həyata keçirilən islahatlar bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son 18 ildə Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilib.
22 noyabr - Ədliyyə işçilərinin peşə bayramının qeyd olunduğu bu günlərdə ölkəmizin həyatında ən şanlı və qürurlu, unudulmayan ZƏFƏRİN ilk ildönümü bayram edilir. Müasir müstəqil tariximizə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsi adlandırdığımız 44 günlük Zəfər yürüşündə xalqımızın Qələbəsi həm də çağdaş ədliyyə tariximizin ən şanlı səhifəsini təşkil edir.
Yaranmasının 103-cü ildönümünü şanlı Zəfərlə eyni ərəfədə qeyd edən Azərbaycan Ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi qarşıda duran mühüm vəzifələrdəndir.
44 gün davam edən Zəfər yürüşü nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun böyük Qələbəsi şanlı tariximizə yazıldı. Müzəffər Azərbaycan Ordusu üçrəngli bayrağımızı Şuşada və azad olunmuş digər ərazilərimizdə dalğalandırmaqla döyüş meydanında qəhrəmanlıq nümayiş etdirdi.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bəxş etdiyi peşə bayramını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və Ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi, Qələbə əhvali-ruhiyyəsində qeyd etməyə hazırlaşan ədliyyə işçiləri dövlətimizin daha sürətli inkişafı və qüdrətinin artırılması naminə bundan sonra da əzmlə çalışacaqlar.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter