“Muğanın səsi”nə cavab verirlər: "Yeni məktəb binalarının tikintisi dövlət planına salınmışdır"
- 11.11.2022, 17:23, Baxış sayı:
- 256
Facebook
Вконтакте
Одноклассники
Google+
“Muğanın səsi” qəzetinin 2 sentyabr 2022-ci il tarixli 39-40-cı nömrəsində və qəzetin “muganinsesi.az” internet səhifəsində dərc edilmiş “Sabirabadda şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?” adlı tənqidi yazınızla əlaqədar bildiririk ki, məqalədə adları çəkilən məktəblərə hələ keçən tədris ilində mütəxəssis baxışı keçirilmiş, onların hər birinin əsaslı təmirə ehtiyacı olduğu müəyyənləşdirilmiş, lazımi sənədlər hazırlanaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilmişdir.
Məlumat üçün bildiririk ki, Sabirabad rayon Narlıq və Quruzma kənd tam orta məktəbləri üçün artıq yeni məktəb binalarının tikintisi dövlət planına salınmışdır.
Məqalədə adları göstərilən və digər ümumi təhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün tərəfimizdən lazımi tədbirlər görülməsi həyata keçirilir və gələcəkdə də ardıcıl olaraq davam etdirilməsi nəzərdə tutulmuşdur.
Rəşad MİRZƏYEV,
Mil-Muğan Regional Təhsil idarəsinin müdiri.