Tənqidi yazı ilə bağlı “Məktubunuz müvafiq tədbir görülməsi üçün Mil-Muğan Regional Təhsil İdarəsinə göndərilmişdir”
- 20.10.2022, 17:14, Baxış sayı:
- 269
Facebook
Вконтакте
Одноклассники
Google+
“Muğanın səsi” qəzetinin 2 sentyabr 2022-ci il tarixli nömrəsində “Sabirabadda şagirdlər dərs ilinə hazırdır, məktəblər necə ?” sərlövhəli tənqidi yazını aidiyyəti olaraq tədbir görülməsi üçün Elm və Təhsil Nazirliyinə göndərmişdik. Nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyevin imzası ilə aldığımız 23 sentyabr 2022-ci il tarixli cavab məktubunda deyilir ki, “Elm və Təhsil Nazirliyinə daxil omuş (daxilolma 1-D-4521, 12.09.2022) 05 sentyabr 2022-ci il tarixli, 12 nömrəli məktubunuz baxılıb müvafiq tədbir görülməsi üçün Mil-Muğan Regional Təhsil İdarəsinə göndərilmişdir”.
Hazırda tənqidi yazıda qaldırılan vacib məsələlərlə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən cavab gözləyirik.