• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bir sıra məktəblərdə vəziyyət “sanitar-gigiyenik normalara cavab vermir”

  • 20.10.2022, 17:18, Baxış sayı:
  • 330
“Sabirabadda şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?” sərlövhəli tənqidi yazıda qaldırılan bir sıra məsələlərin həlli üçün Sabirabad Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən də cavab istəmişdik.
Sabirabad Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən T.Mirzəyevanın imzası ilə aldığımız cavab məktubunu olduğu kimi dərc edirik:
Sabirabad rayonunun “Mu­ğanın səsi” ictimai-siyasi qəzetinin 2 sentyabr 2022-ci il tarixli 30-40-cı nömrəsində və qəzetin “muganinsesi.az” internet səhifəsində “Sabirabadda şagirdlər dərs ilinə hazırdır məktəblər necə” sərlövhəli tənqidi yazı verilmişdir. Bu məqalə ilə əlaqədar Sabirabad Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və yeniyetmələr bölməsinin həkimləri tərə­findən sanitar-gigiyenik yoxlamalar aparıldı. Məqalədə göstərdiyi­niz məktəblərdən əlavə olaraq digər məktəblərdə də sanitar-gigiyenik yoxlamalar apardıq. Yoxlamalar zamanı aşağıdakılar aşkar olundu.
Rayon ərəzisində yerləşən N.Nərimanov adına 2 saylı liseydə, S. Vurğun adına 3 saylı, M.Müşviq adına 4 saylı tam orta məktəblərində su çatışmamamzlıqları və kanalizasiya sistemində tərəfimizdən nöqsanlar aşkar olundu. 9 saylı ümumi təhsil məktəbi və 7 saylı Z.Hacıyev adına məktəblərinin əsaslı təmirə ehtiyacı olduğuna görə sanitar-gigiyenik normalara cavab vermir. Rüstəmli, Çöl Dəllək, Yolçubəyli, Qəzli, Quruzma, Yenikənd,Narlıq, Cavad kənd 1 saylı tam orta məktəbi, Şəhriyar, Əhmədabad, Əlcanlı, Azadkənd orta məktəbləri qəzalı vəziyyətdədir. İstilik sistemləri yoxdur. Qış aylarında odun sobaları ilə çətinliklə qızdırılır. Döşəmələri və tavan nasaz vəziyyətdədir. Su ilə təminatlarında ciddi çətinlikləri var. Sanitar qovşaqların su ilə təminatında gigiyenik təmizliyində ciddi nöqsanlar aşkar olundu. Belə ki, sanitar qovşaqların döşəməsi, çanaqlar, qapı tutacaqları və həyətdə yerləşən su çənləri dezinfeksiyaedici vasitələrlə dezinfeksiya edilmir. Bu məktəblər qəzalı vəziyyətdə olduğuna görə heç bir sanitar normalara cavab vermir. Kovlar kənd, Cavad kənd 2 saylı tam orta məktəbi, Əsgərbəyli, Qasımbəyli, Muradbəyli, Yuxarı Axtaçı və Türkədi kənd tam orta məktəblərində vəziyyət qənaətbəxşdir. Səhiyyə Nazirliyinin kolleqiyasının 15.05.2022-ci il tarixli 1471 nömrəli fərmanına dair “Təhsil verənlərin tibbi müayinədən keçməsi qaydası”na əsasən məktəbdə çalışan obliqat qrup işçilərinin tibbi müayinədən keçmə vəziyyəti yoxlanıldı. Lakin yoxlanılan bu məktəblərdə: Qəzli, Quruzma, Yenikənd, Rüstəmli, Narlıq kənd orta məktəblərində təhsil verənlərin tibbi müayinədən keçmədiyi müəyyən olundu.
Məktəblərdə olan nöqsanlar barədə icra hakimiyyətinə, Sabirabad rayon təhsil şöbəsinə,Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat göndərmişik”.

REDAKSİYADAN: Verilən cavabın “kələ-kötür” olmasına baxmayaraq, Mər­kəzin cavabını təqdir edirik. İna­nırıq ki, Sa­birabad Rayon Gigiyena və Epidemiologiya Mərkəzi bu istiqamətdə nəzarətini müntə­zəm olaraq həyata ke­­çi­­rəcəkdir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter