• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Əsas hədəf sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasıdır

  • 04.11.2022, 00:09, Baxış sayı:
  • 254
Əsas hədəf sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasıdır
Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü keçirilmişdir.
Dövlət başçısı İlham Əliyevin rusiyalı həmkarı ilə keçirdiyi görüş, müzakirə olunan məsələlər iki ölkə arasında münasibətlərin aydın ifadəsini yaradır. Bütün görüşlər kimi, Soçi görüşü də Azərbaycan üçün uğurlu keçdi. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsinin bağlnması üçün 5 prinsip təklif edib. Biz bilirik ki, Rusiya platformaları ilə yanaşı Qərb platformaları da mövcuddur. Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Ermənistan vaxt itirmədən konstruktiv mövqe nümayiş etdirməli, 10 Noyabr razılaşmasına əməl etməli, öz qeyri-qanuni hərbi silahlı birləşmələrini Qarabağdan çıxarmalı, Zəngəzur dəhlizinin açılmasını təmin etməli, bölgəyə sülhün gəlməsinə mane olmamalıdır. Sülh müqaviləsinin əsas şərtləri, sərhədlərin demarkasiya və delimitasiyası, kommunikasiyaların açılması, Zəngəzur dəhlizidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin də Soçi görüşündə mövqeyi məhz bundan ibarət olub, konkret olaraq bildirdi ki, bu gün vasitəçilər səylərini Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə yönəltməlidir. İndiki mərhələdə ən vacibi budur və ümid edək ki, vasitəçilər bundan doğru nəticə çıxaracaqlar. İndiyə qədərki mərhələdə Azərbaycan 30 ilə yaxın dövrdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyadan problemin həllində daha yüksək fəallıq, ədalətli yanaşma gözləyib. Liderlərin təkbətək görüşləri zamanı da Azərbaycan Prezidenti bərmənalı şəkildə vurğuladı ki, Qarabağ münaqişəsi artıq tarixdir. Münaqişə iki il əvvəl həll edilib və buna görə də bununla bağlı müzakirə ediləcək heç nə yoxdur.
Ölkə başçısı həmçinin qeyd etdi ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüb və yalnız bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür. Ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Rusiya Prezidentləri arasında etibar və dostluğun olması hər iki dövlət başçısının açıq siyasət yürütməsi ilə bağlıdır. Müsbət haldır ki, Rusiya Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın irəli sürdüyü bu beş əsas prinsipi dəstəkləyir. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.Çünki Rusiya Prezidentnin münasibətlərin normallaşdırlması istiqamətində “Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir” deməsi buna əsas verir. Vladimir Putinin İlham Əliyevə hörmət və ehtiramla yanaşması və Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı bu vaxta kimi səsləndirdiyi fikirlərin Soçi Bəyanatında öz əksini tapması proseslərin rəsmi Bakının iradəsindən kənarda inkişaf etmədiyinin göstəricisidir. Ümumiyyətlə, tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdırlar. İki ölkənin dövlət başçılarının, hökumət nümayəndələrinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, müzakirə olunan məsələlər də əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Rusiya və Azərbaycanı həm də bir-birinə tarixi, siyasi, mədəni tellər bağlayır. İllər keçdikcə münasibətlərin inkişafı üçün yeni prioritetlər müəyyənləşdirilir, birgə səylər göstərilir.
Əlbəttə ki, əsas hədəf sülh müqaviləsinin imzalanması və sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin olunmasıdır. Azərbaycan dövləti də daim bu məsələ üzərində çalışır. Cənab Prezident Soçidə rusiyalı həmkarı ilə görüşdə də bu məslənin bir daha qaldıraraq “İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib” deyə, fikrini açılayıb. Azərbaycan isə dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirərək, regionda əbədi sülhün memarı olduğunu təsdiqləyir. Regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması vahid yanaşma kimi qəbul edildi. Ümid edək ki, Rusiyanın bölgədəki sülhməramlı fəaliyyəti özünü göstərəcək, Rusiya bu istiqamətdə hansısa addımlar atacaqdır. Çünki tərəflər arasında etimad mühitinin qurulması sülhyaratma prosesinin ən vacib komponentlərindən biridir.

Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter