• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Zəngəzur dəhlizi reallığa çevrilir

  • 30.11.2021, 08:09, Baxış sayı:
  • 421
Zəngəzur dəhlizi reallığa çevrilir
Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində «Birlikdə gələcəyə» devizi ilə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında cənab İlham Əliyevin nitqində diqqət yönəltdiyi məsələlərdən də bəhs edərək bildirib ki, postmünaqişə dövrünün reallıqları bugünümüzün əsas müzakirə mövzusudur. Cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərindən və onların nəticələrindən bəhs edərək statistikanı açıqamışdır ki, Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard dollar ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq. Təbii ki, görülən işlər Azərbaycanan malik olduğu iqtisadi imkanların təqdimatında əhəiyyətli rol oynayır. Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar bölgəyə sülh, əmin-amanlıq, təhlükəsizlik gətirməklə yanaşı, iqtisadi inkişafı daha da sürətləndirəcək. Bu baxımdan Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.
Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevə hörmət və ehtiramla yanaşması, Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı bu vaxta kimi səsləndirdiyi fikirlərin Soçi Bəyanatında öz əksini tapması proseslərin rəsmi Bakının iradəsindən kənarda inkişaf etmədiyinin göstəricisidir. Ermənistan reallıqlarla barışmaq, sülh müqaviləsini imzalamaq məcburiyyətindədir. Əks halda onu hansı faciələrin gözlədiyi aydındır. Düşünürük ki, Ermənistan 44 günlük Vətən müharibəsinin “Dəmir yumruq” əməliyyatını unutmayıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər çıxışında dəmir yumruğun yerində olduğunu bildirir. Ermənistanın üzərinə qoyulan öhdəliklərdən qaça bilməsi mümkünsüz görünür.
Soçi Bəyanatının müddəalarının uğurlu icrası bölgəyə yeni həyat gətirəcək. Artıq keçmişlə deyil, gələcəklə yaşamağın zamanıdır. Azərbaycan daim gələcəyə baxır və işğalçı Ermənistana da bu çağırışı edir. Ümumilikdə Soçi Bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib. Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Soçi görüşünün ardınca Brüssel görüşü olacaq. Avropa İttifaqı Şurasının Prezidenti dekabr ayının 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə Görüşü çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Dünyanın gücləri, nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində maraqlıdırlar. İntensivləşən görüşlər tərəflər arasında təmasları möhkəmləndirəcək, hədəflərin reallığa çevrilməsini stimullaşdıracaq.

Elşad MÜHƏDDİNOV,
Sabirabad rayonu Bulaqlı kənd
tam orta məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter