• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Üçtərəfli Bəyanatın icrası - Regionda sülhün yaranması “Zəngəzur dəhlizi"nin açılması ilə başlayır

  • 29.07.2021, 09:44, Baxış sayı:
  • 509
Üçtərəfli Bəyanatın icrası - Regionda sülhün yaranması  “Zəngəzur dəhlizi"nin açılması ilə başlayır
Prezident İlham Əliyevin Moskvaya səfəri və Putinlə görüşü Bakı-Moskva xəttində anlaşılmayan məsələnin olmadığını, ikitərəfli münasibətlərin səviyyəsini, xüsusilə regionda üçtərəfli razılaşmalarla bağlı eyni mövqeyin mövсudluğunu təsdiqlədi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfərinin əhəmiyyətli tərəflərindən biri 2020-ci il noyabrın 10-da imzalanmış atəşkəs barədə bəyanatın icra vəziyyətinin müzakirəsidir. Prezident İlham Əliyev Rusiyanın dövlət başıçısı Vladimir Putinlə görüşdə bu məsələyə diqqət çəkərək bildirib: “Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.
“Zəngəzur dəhlizi” ilə bağlı məsələ də dövlət liderlərinin müzakirə etdikləri başlıca mövzu olub. Bəyanatın 9-cu maddəsində bildirilib: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”. Ancaq təəssüf ki, Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan 8 ay əvvəl imzaladığı sənədin bu maddəsini təhrif edərək bildirib ki, guya rəsmi Bakı Ermənistan-Gürcüstan-Azərbaycan-Rusiya dəmiryolunun açılmasından imtina edib.
Məlum məsələdir ki, Ermənistan təcavüzkar tərəfdir və bu müharibədə kapitulyasiya olduğu üçün bütün şərtləri qəbul etdiyindən onları yerinə də yetirməyə borcludur. Bu baxımdan rəsmi İrəvan hərbçilərinin Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarından çıxarmaqla yanaşı, "Zəngəzur dəhlizi"nin açılması istiqamətində üzərinə düşən öhdəliyə əməl etmir.
Əslində, üçtərəfli sənədin yerinə yetirilməsi bu dəhlizin açılmasından keçir. Çünki dəhliz açılmazsa, tərəflər arasında əməkdaşlıq mümkün olmayacaq. Bəyanatın bu maddəsinin reallaşması tərəflər arasında etimad mühitinin yaranmasına da yardım edəcək.
Beləliklə, regionda sülhün yaranması, təhlükəsizliyin təmini və əməkdaşlıq "Zəngəzur dəhlizi"nin açılması ilə başlayır. Bu mühüm məsələnin reallaşmasında Rusiyanın Azəbaycanla eyni mövqedə olması isə bölgənin inkişafına bir çox baxımdan müsbət təsir göstərə bilər.
Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter