Qubadlı əsl sahibinə qovuşdu
- 25.10.2022, 00:13, Baxış sayı:
- 175
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın dilbər guşələrindən biri olan Qubadlı rayonu 1993-cü ildə avqust ayının 31-də erməni işğalçıları tərəfindən işğal olunmuşdur.Qubadlı rayonu Laçın,Cəbrayıl,Zəngilan,Gorus rayonu ilə həmsərhəddir. Təbiətinin gözəlliyi həmişə məni valeh edib.Həkəri,Bərgüşad çayları Qubadlıya xüsusi gözəllik verir.Uca dağları,geniş düzənləri,sıx meşələri sanki Allahın bir möcüzəsidir.Qubadlı həm də öz ziyalıları və qəhramanları ilə həmişə fərqlənib.Xalq qəhramanları Nəbi və Həcərin qəhrəmanlığı burdakı cavanlara sanki igidlik dərsi keçib.Əliyar Əliyev, Aqil Məmmədov,Vasili Əliyev 1-ci Qarabağ müharibəsində düşmənə qan uddurmuş Milli Qəhrəmanlarımızdır. Xain düşmən Qubadlıya 3 istiqamətdən hücum etsə də əli silahsız insanlar onların qarşısında tab gətirirdi. O dövrdə hələ doğulmayan qəhrəman oğullar 27 ildən sonra qəhrəmanlıq tariximizdə yeni səhifə açdılar.Prezidentimiz möhtərəm Cənab İlham Əliyev və igid Azərbaycan oğulları düşmənin həyasız siyasətinə və aparıcı dövlətlərin bir tərəfli münasibətinə son qoydular.
27 Sentyabr 2020 ci ildə ikinci Qarabağ müharibəsi düşmənə bir dərs oldu.Ağıllı siyasət və qüdrətli ordu düşmənimizin başını əzdi.Xalq birliyi,Milli ruh,düşmənə nifrət, həsrətində olduğumuz ata-baba yurdlarımızın düşmən işğalından azad olunmasinda başlıca amillərdən biri oldu.Bu döyüşlərdə igid oğullar canlarını qurban verdilər. “Təki vətən yaşasın” şüarı hər bir şəhidin,qazinin,müharibə iştirakçısının qəlbində dərin iz buraxdı.Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Zəngilan, Qubadlı və digər ərazilərimiz əsil sahibinə qovuşdu.25 oktyabr 2020-ci ildə Qubadlı düşməndən azad edildi.Vətən torpağı şəhidlərin al qanına boyandı. Qubadlının azad edilməsi böyük qələbəni daha da yaxın etdi.Bu döyüşlərdə də digər oğullar kimi Qubadlı oğulları da qəhrəmanlıq göstırdi. Mais Bərxudarov, şəhid milli qəhrəman Şükür Həmidov xüsusi qəhrəmanlıq göstərdi.
Uşaq vaxtı gördüyüm Qubadlıdan əsər əlamət qalmayıb. Erməni vandalları Tarixi abidələri, qəbirləri yerlə yeksan edib. Ağacları belə tamamilə məhv edən düşmən öz iç üzünü Qubadlıda da göstərib.Sanki Qubadlı mənim gördüyüm cənnətdən cəhənnəmə çevrilib. Doğulduğum Qəzyan kəndində “Zəngəzur Pələngi” adı almış babam pəhləvan Bahadur Həziyevin, Milli Qəhrəman Əliyar Əliyevin qəbrləri dağıdılıb. Ümid edirəm və tam dəqiqliklə deyirəm ki möhtərəm prezidentimizin uğurlu siyasəti və əzmkarlığı ilə Qubadlı əvvəlkindən də gözəl olacaq. Taleyimizə bir daha qaçqın və məcburi köçkün adı yazılmayacaq. Qubadlının azad olunmasına görə bir çox hərbi qulluqçular orden və medallarla təltif olunub.Bütün igid oğullarımızın ,şəhid ruhları qarşısında baş əyirik.Allahdan qazilərimizə şəfa diləyirik.
Birlər ölsə də minlər doğulur.Belə oğulları olan vətən bir daha düşmənə baş əymiyəcək. Qanımız və canımız bu vətənə fəda olsun. Təki Vətən Yaşasın.
Qarabağ Azərbaycandır!
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi