• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

11 ayda 16 səfər

  • 27.10.2021, 14:55, Baxış sayı:
  • 462
11 ayda 16 səfər
Prezident İlham Əliyevin Qarabağ torpaqlarına növbəti səfəri oktyabr ayının 25-də Qubadlı rayonuna oldu. Bu, Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş rayonlarımıza ötən 11 ayda etdiyi sayca 16-cı səfər idi.
Bu səfərin oktyabr ayının 25-nə təsadüf etməsinin isə rəmzi mənası vardı. Çünki ötən ilin həmin tarixində Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndləri işğaldan azad olunmuşdu. Dövlət başçısı müharibədən sonra işğaldan azad edilmiş rayonlara ilk səfərlərindən birini ötən il dekabrın 23-də Zəngilan və Qubadlı rayonlarına etmişdi.
Azərbaycan Ordusunun işğal altında olan şəhər və kəndlərimizin azad edilməsi uğrunda həyata keçirdiyi hərbi əməliyyatların hər biri öz unikallığı ilə seçilir. Dövlət başçısının qeyd etdiyi kimi, oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Bundan cəmi bir neçə gün sonra Zəngilan və Qubadlı azad edildi.

Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan əks-hücum əməliyatı nəticəsində oktyabrın 25-də Qubadlı şəhərinin işğalına son qoyulub.
Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək, Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb.
Həmin gün Qubadlı rayonunun ilk yaşayış məntəqələri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib.
Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günü isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtarıb.
Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün “Twitter” hesabından elan edib.
Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.
Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.
Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Xatırladaq ki, Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılıb, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar məhv edilərək, vandallıq əməlləri törədilib.
İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.

Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter