• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Düşmənə "dərs keçən" şəhid müəllim

  • 20.10.2022, 14:01, Baxış sayı:
  • 176
Düşmənə "dərs keçən" şəhid müəllim
Azərbaycanın şanlı tarixində elə müəllimlər var ki, sinif otağını səngərə dəyişərək 44 günlük azadlıq savaşımızda müqəddəs saydıqları Vətən uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar.
Vətən müharibəsi zamanı şəhid olan müəllimlərdən biri də Elxan Rzayevdir.
Elxan Rzayev 1994-cü il avqustun 15-də Sabirabad rayonunun Qəzli kəndində anadan olub.
Elxan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elxan Rzayev noyabrın 1-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elxan Rzayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter