• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Qubadlının azad olunması qəhrəmanlıq tarixidir

  • 24.10.2022, 17:43, Baxış sayı:
  • 232
Qubadlının azad olunması qəhrəmanlıq tarixidir
2020-ci ilin oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra Azərbaycan Ordusunun növbəti istiqaməti Qubadlı rayonu idi. İşğalçı Ermənistan silahlı qüvvələri şəhərdə güclü istehkamlar qurmuşdular. Bir çox yüksəkliklər də düşmənin nəzarətində idi. Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən mövqelərimizə atəş açıldı. Ona görə də Qubadlının azad edilməsi xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Sözsüz ki, Azərbaycan Ordusu peşəkarlığı və fədakarlığı sayəsində şəhərə hakim olan yüksəklikləri götürdü. Ətrafda yerləşən Xanlıq qəsəbəsi, Sarıyataq, Padar, Mahmudlu kəndləri və strateji mövqelər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən azad etdi.
Qubadlının azad olunması tarixi hadisədir. Çünki şəhərin azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı. Qubadlının azad olunması həm də Ermənistan cinayətlərinin üstünü açdı. Ermənilər Xanlıq qəsəbəsində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Ermənistan bu və digər cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Qubadlının azad olunmasının hərbi, strateji, siyasi, iqtisadi, mənəvi-psixoloji əhəmiyyəti var. Rayonun azad olunması Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü möhkəmləndirdi, Silahlı Qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirməyinə möhtəşəm imkanlar yaratdı.
Döyüş əməliyyatları nəticəsində Qubadlının şəhər mərkəzi ilə yanaşı, 41 kəndi Ordumuzun igidliyi nəticəsində işğaldan azad oldu. Digər 52 kənd isə 10 Bəyanatından sonra Azərbaycana qaytarıldı. Müzəffər Ordumuz Qubadlını azad etməklə həm də Ermənistanla olan dövlət sərhədini son 27 ildə ilk dəfə bərpa etdi.

İnqilab Hüseynov,
Sabirabad rayon Yaşıllaşdırma sahəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter