• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Əhmədabadda orta məktəbin binası uçmaq üzrədir!

  • 20.10.2022, 17:29, Baxış sayı:
  • 256
Əhmədabadda orta məktəbin binası uçmaq üzrədir!
Əhmədabad kəndində valideynlər uşaqlarını qəzalı vəziyyətdə olan məktəbə göndərməyə ehtiyat edirlər
Sabirabad rayonunun Əhmədabad kəndinin bir qrup sakini qəzetimizə müraciət edərək bildirib ki, onların kəndində olan şəhid
Bahadur Şabanov adına orta məktəbin binası çox acınacaqlı vəziyyətdədir.
Sakinlərin dediyinə görə, məktəb uzun illərdir ki, əsaslı təmir edilmir. Onlar hətta uşaqlarını qəzalı vəziyyətdə olan məktəbə göndərməyə ehtiyat etdiklərini deyirlər.
Qəzetimizin əməkdaşı kənddə olaraq, vəziyyətlə yerində tanış olub.

Uşaqların sağlam böyüməsi üçün sağlam mühit, sağlam ab-hava olmalıdır. Ölkəmizdə dövlət tərəfindən uşaqlara qayğı artır. Şəhər və kəndlərimizdə yeni məktəb binaları tikilir, köhnələri təmir edilir, yararsız olanlar isə sökülərək yerində müasir tələblərə uyğun binalar inşa edilir. Bir sözlə, balalarımızın, məktəb yaşlı uşaqların sağlam böyüməsi, təlim-tərbiyəsi üçün hər cür şərait yaradılır.
Lakin Sabirabad rayonunun kəndlərində elə məktəb binaları var ki, hələ də baxımsız qalıb, günün tələblərinə cavab verə bilməyən şəraitdə fəaliyyət göstərir. Belə təhsil müəssisələrindən biri də Əhmədabad kənd şəhid Bahadur Şabanov adına tam orta məktəbinin binasıdır. Bina qəzalı vəziyyətdədir. Burada müəllimlərin və şagirdlərin həyatı üçün təhlükə var.
460 şagird yerlik olan ikimərtəbəli bu təhsil ocağı 1974-cü ildə tikilib istifadəyə verilib. Hazırda məktəbdə 130 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 27 müəllim məşğul olur.
Bu günlərdə biz həmin təhsil müəssisəsində olduq. Məktəbin kollektivi, valideynlərlə görüşüb söhbət etdik. Məktəb rəhbərliyi və valideynlərin sözlərinə görə, belə şəraitdə dərs keçmək olduqca çətindir.
Məktəbin laborantı, şəhid Elxan Muradovun anası Kifayət Muradova dedi ki, binanın divarlarında və tavanında çatlar əmələ gəlib. Burada dərs keçmək çox təhlükəlidir.Tavanlar uçur, başımıza tökülür.
Məktəbin müəllimi Nərminə Heydərova bildirdi ki, uşaqlar tənəffüsdə idilər. Bir də gördüm sinifdə ilan sürünür. Qorxumdan ikinci mərtəbədən özümü yerə atdım. Direktorumuz gəlib ilanın başını əzmişdi.
Valideyn Əlləz Şahbazov isə bunları söylədi:”Məktəbin binası pis durumdadır, şəraiti yoxdur. Uşaqlarımız hazırda istifadəyə yararsız olan binada təhsil alırlar. Bina qəzalı vəziyyətdə olduğundan uşağımızı məktəbə yollayanda, hər an qorxu içərisində qalırıq. Yəni ola bilər ki, məktəbin tavanı, divarları uçsun. Uşaqlarımızın təhlükəsizliyinə cavabdeh kimi heç kəsi görmürük”.
Rayon mərkəzindən 15 km aralı olan bu kəndin imkanlı sakinləri məktəbin bərbad halda olması ucbatından övladlarını Sabirabad şəhərində yerləşən təhsil müəssisələrinə aparmağa məcbur qalıblar. Ramin İsayev dedi ki, məktəbin binası qəzalı vəziyyətdə olduğundan övladımı rayon mərkəzindəki məktəbdə oxuduram. Bu isə həm vaxt itkisi, həm də əlavə xərc deməkdir.
Təhsil müəssisəsinin direktoru Aydın Veysəlov bildirdi ki, bu il məzularımızdan iki nəfər ölkəmizin ali məktəblərinə, üç nəfər isə Türkiyənin universitetlərinə qəbul olunmuşdur. Bilirsiniz ki, savadlı gənclərin yetişməsi üçün təhsil ocağının güclü olması çox vacibdir. Bu şəraitdə bilik aşılamaq üçün demək olar ki, yalnız fədakarlıq etmək lazımdır. Əgər müasir tələblərə uyğun binada dərs keçilsəydi, uğurlarımız daha çox olardı. Məktəbimizin binasının qəzalı vəziyyətdə olması barədə dəfələrlə aidiyyəti orqanlara müraciət olunsa da, “baxılacaq” deyilir, lakin heç bir tədbir görülmür.
İnanırıq ki, bu təhsil ocağının yenidən qurulması, şagirdlərin rahat şəraitdə keyfiyyətli təhsil almaları üçün lazımi köməklik göstəriləcəkdir.

Elçin NƏSİB,
“Muğanın səsi”

Əhmədabadda orta məktəbin binası uçmaq üzrədir!
Əhmədabadda orta məktəbin binası uçmaq üzrədir!
Əhmədabadda orta məktəbin binası uçmaq üzrədir!
Əhmədabadda orta məktəbin binası uçmaq üzrədir!
Əhmədabadda orta məktəbin binası uçmaq üzrədir!
Əhmədabadda orta məktəbin binası uçmaq üzrədir!
Əhmədabadda orta məktəbin binası uçmaq üzrədir!
Əhmədabadda orta məktəbin binası uçmaq üzrədir!
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter