• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Türkədi kənd tam orta məktəbin yeni binası istifadəyə verildi

  • 20.09.2021, 11:52, Baxış sayı:
  • 403
Türkədi kənd tam orta məktəbin yeni binası istifadəyə verildi
Türkədi kənd tam orta məktəbin yeni binası istifadəyə verildi
Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində ölkədə təhsil islahatları uğurla davam edir. Respublikamızda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirlməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açır.
Təhsil Nazirliyinin sifarişi ilə Sabirabadın şəhid Ramin Məmmədov adına Türkədi kənd tam orta məktəbi üçün yeni, müasir tələblərə uyğun məktəb binası tikilmişdir. Burada tikintini “Araz-İnşaatçı” MMC aparmışdır. Tikintiyə ötən ilin iyul ayında başlanılmışdır. Məktəb 264 şagird yerlikdir.
Sentyabrın 17-də yeni tikilmiş məktəb binasının açılışı olub. Açılışda rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, başçının müavini Ceyran Xəlilova, Təhsil Nazirliyinin məsul işçiləri Orxan Abbasov, Nəzakət Mehdiyeva, rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev iştirak ediblər.
Açılışdan sonra məktəbin interyeri ilə tanışlıq olub.
Qeyd etmək lazımdır ki, inşa olunan təhsil ocağında 11 sinif otağı fəaliyyət göstərəcək. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılmış, təhsil ocağı müasir istilik sistemi ilə təchiz edilmişdir. Burada texnologiya, informatika, gənclərin çağırı­şaqədərki hazırlığı, fənn kabinetləri, məktəbə hazırlıq otağı, laboratoriyalar, yeməkxana, kitabxana, idman və akt zalları, kompüter otaqları, həyətyanı stadion və s. fəaliyyət göstərəcək. Məktəb yeni inventar, əyani və texniki vasitələrlə təmin olunub.

“Muğanın səsi”
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter