• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Çöl Beşdəli və Bulduq kəndlərində su bulaqları yararsız vəziyyətə düşüb

  • 20.10.2022, 17:03, Baxış sayı:
  • 286
Çöl Beşdəli və Bulduq  kəndlərində su bulaqları yararsız vəziyyətə düşüb
Çöl Beşdəli və Bulduq  kəndlərində su bulaqları yararsız vəziyyətə düşüb
Sabirabadın Çöl Beşdəli və Bulduq kəndlərində su bulaqları bərbad vəziyyətdədir.
Bu barədə hər iki kəndin sakinləri redaksiyamıza məlumat veriblər. Kənd sakinləri bildiriblər ki, hazırda bu qurğulardan tam istifadə edə bilmirlər.
Çöl Beşdəli kəndindən şikayətləniblər ki, “Bulaqların əksəriyyəti yararsız vəziyyətdədir. Bu bulaqlarla aylarla su verilmir. Təmiri ilə də heç kim maraqlanmır".
Bulduq kənd sakinləri deyiblər ki, “Kəndlərimizə bu bulaqlar çəkiləndə çox sevindik. Düşünürdük ki, daha arxların bulanıq suyundan canımız qurtardı. Yəni duruldulmuş içməli sudan istifadə edəcəyik. Ancaq nə faydası. Bulaqların çoxu sıradan çıxıb. Günaşıra, bəzən həftədən bir verilən suyun çoxu bulaqların sıradan çıxması səbəbindən yerə axır”.
Sabirabad Rayon Su Kanal İdarəsindən redaksiyamıza bildirilib ki, problemlə bağlı araşdırma aparılır: "Problemin haradan qaynaqlandığı barədə araşdırma aparırıq. Çalışacağıq ki, qısa zamanda əhalini normal içməli su ilə təmin edək".
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter