• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Moranlı yolu bərbad vəziyyətdədir

  • 01.09.2022, 18:01, Baxış sayı:
  • 490
Moranlı yolu bərbad vəziyyətdədir
Moranlı yolu bərbad vəziyyətdədir
Sabirabad rayonunun Ni­zami-Əliləmbəyli və Moranlı-Sarxanbəyli avtomobil yolu bərbad vəziyyətə düşüb.
Kənd sakinlərinin verdiyi məlumata görə, yol 8 il bundan əvvəl təmir edilmişdi. Amma keyfiyyətsizlik ucbatından heç bir il keçməmiş asfalt örtük dağılaraq tamamilə sıradan çıxıb.
Rayon mərkəzi ilə 12 kəndi birləşdirən sözügedən yol 22 min nəfərdən çox əhaliyə xidmət edir. Hər gün uzunluğu 46 km olan bu yolu min cür məşəqqətlə gedib-gəlmək insanları əldən-dildən salıb. Həm vaxt itkisi yaranır, həm də bu yolu qət edən avtomobillər xarab olur, qəza törədirlər. Bundan başqa yolhaqqı da bahalaşmış olur.
Sakinlər deyir ki, yolun belə tez dağılmasının səbəblərdən biri də ağır tonnajlı avtomobillərin bu yolla hərəkət etməsidir. Çünki bu yolun dərəcəsi həddindən artıq yüklənən maşınlar üçün nəzərdə tutulmayıb.
Kənd sakinləri bu problemlə bağlı son bir neçə ildə üz tutmadıqları ünvan qalmayıb. Lakin hələ də bir tədbir görülməyib.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter