• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Qəhrəman şəhidimiz Elxan Rzayev - O, 4 medalla təltif edilib

  • 19.11.2021, 11:24, Baxış sayı:
  • 257
Qəhrəman şəhidimiz Elxan Rzayev - O, 4 medalla təltif edilib
Vətən müharibəsində şə­hadətə ucalmış qəhrəmanlarımızdan biri də Sabirabad rayon sakini Elxan Rzayevdir.
Elxan Rzayev 1994-cü ildə rayonun Qəzli kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra, 2012-2014-cü illərdə hərbi xidmətdə olub. Daha sonra Bakı Dövlət Kompüter Kollecində təhsil alıb və kəndlərindəki məktəbdə informatika müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
Elxan Rzayev 2020-ci ildə Sumqayıt Dövlət Universitetinə daxil olsa da, İkinci Qarabağ müharibəsinin başlanması onun yolunu universitet auditoriyasından deyil, cəbhədən salıb.
Sentyabrın 29-dan döyüşlərə qatılan Elxan Rzayev Cəbrayıl uğrunda gedən şiddətli döyüşlər zamanı yaralanıb. Tibbi yardım göstərildikdən sonra döyüşə davam edib.
Qəhrəmanımız Qudadlı istiqamətində gedən döyüşlərdə də böyük şücaət göstərib. O, noyabrın 1-də Qubadlının Çardaxlı kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
Elxan Rzayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə'', "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter