• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətən Müharibəsinin qazisi şərəfli döyüş yolu keçib

  • 20.10.2022, 13:59, Baxış sayı:
  • 255
Vətən Müharibəsinin qazisi şərəfli döyüş yolu keçib
Baş leytenant Rafiq İmran oğlu Rəhimli 1977-ci il oktyabrın 20-də Sabirabad rayonunun Suqovuşan kəndində anadan olub.
O, Azərbaycan Texniki Universitetini bitirib. Nəqliyyat sahəsində çalışıb. Ötən əsrin sonlarında zabit kimi hərbi xidmətdə olub.
2020-ci il sentyabrın 21-də hərbi təlimlərdə iştirak edib. Vətən müharibəsi başlayanda ön cəbhəyə yollanıb. Döyüşlərin ilk günündən-sentyabrın 27-dən Vətən müharibəsinə qatılıb. Hərbi xidmətdə qazandığı bacarıq və təcrübəsindən yararlanaraq Qarabağın işğaldan azad olunmasında fəal iştirak edib. Tərtər-Ağdərə istiqamətində reaktiv artilleriya bölməsinin tağım komandiri olub. Ağır artilleiya döyüşləri zamanı “Tülkü dərəsi” deyilən yerdə yaralanıb.
Rafiqlə söhbət zamanı dedi ki, artilleriya döyüşləri zamanı oktyabrın 2-də yaralanmışam. Atəş açıb sığınacağa girərkən “D-30” topu ilə vuruldum. Dağılan sığınacağın altında qalmışam. Yanımdakı döyüş yoldaşım Göyçaydan olan kiçik çavuş Xəyal Məmmədov şəhid olub. Məni də döyüş yoldaşlarım dağılan sığınacağın altından çıxarıblar. Tərtərdə yerləşən ilk yardım mərkəzinə çətinliklə çatdırıblar. Məni də şəhid biliblər. Orada Cabbar adında hərbi polis ayağımı burarkən səs etmişəm, biliblər ki, sağam. Sonra Bərdədə 6 gün, Mingəçevirdə 4 gün müalicə almışam. Bakıda hərbi hospitalda 38 gün müalicə olunmuşam. Ağır kəllə beyin travması aldığımdan hemoporez olmuşam. Əl arabası vasitəsi ilə hərəkət edirəm. Sol ayağım tamam hərəkətsizdir. Müalicələrim davam edir.
Vətən müharibəsi qazisi daha sonra vurğuladı ki, keçdiyimiz döyüş yolunda xalqımızın, dövlətimizin dəstəyini, analarımızın, bacılarımızın dualarını hiss etdik. Qalib Ordumuz Ali Baş Komandanımızın ifadə etdiyi bir cümləni əməli ilə sübut etdi. Qarabağ Azərbaycandır və nida!
Rafiq Rəhimli ölkə rəhbəri tərəfindən medallarla təltif edilib.
Rafiq ailəlidir. Həyat yoldaşı işləmir. İki qızı var. Böyük qızı Gülcan keçən il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. Əlaçıdır. Qrup nümayəndəsi seçilib. Kiçik qızı Gültən Bakı şəhəri 62 saylı liseydə 9-cu sinifdə oxuyur.
Vətən Müharibəsinin qazisi şərəfli döyüş yolu keçib
Rafiq Rəhimlinin atası İmran kişi ilə də həmsöhbət olduq. Oğluna hər cür qayğı göstərdiyinə görə deputat Etibar Əliyevə ailəsi adından minnətdarlığını bildirdi. Eyni zamanda dedi ki, evdə oğlanlarımla bir yerdə qalırıq. Onlar heç yerdə işləmirlər. Maddi cəhətdən çətinlik çəkirik.

E. XƏLİLOĞLU,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter