Mənim döyüş yolum
- 05.08.2021, 14:40, Baxış sayı:
- 399
Facebook
Вконтакте
Одноклассники
Google+
1999-cu il aprelin 20-də Sabirabad rayonunun Poladtuğay kəndində anadan olmuşam. Özümdən başqa bir bacım var. Ailə qurub. Atam Arif fermerdir. Anam Həbibə xanım uşaq bağçasının müdiridir. Onlar məni vətənpərvərlik ruhunda böyüdüb tərbiyəndirmişlər. Həqiqi hərbi xidmətimi Naxçıvanda keçirmişəm.
Orduya könüllü yazılaraq, ötən il sentyabrın 21-də təlimdə iştirak etdim. Vətən müharibəsi başlayanda ön cəbhəyə yollandım. Hərbi xidmətdə qazandığım bacarıq və təcrübədən yararlanaraq Qarabağın işğaldan azad olunmasında iştirak etdim. Xocavənd, Füzuli rayonlarında bir neçə strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilməsində, yaralıların, şəhidlərin döyüş zonasından çıxarılmasında fədakarlıq göstərdim. Yaralansam da yenidən döyüşə yollanıdim. Ağdamın Gülablı kəndində posta üçrəngli bayrağımızı sancdım. Ölkə rəhbəri tərəfindən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildim. Keçdiyimiz döyüş yolunda xalqımızın, dövlətimizin dəstəyini, analarımızın, bacılarımızın dualarını hiss etdik. Qalib Ordumuz Ali Baş Komandanımızın ifadə etdiyi bir cümləni əməllə ilə sübut etdik. Qarabağ Azərbaycandır və nida!
Mirabbas XUDUZADƏ,
Poladtuğay kəndi