• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Xəbərlər

  • 05.10.2022, 22:50, Baxış sayı:
  • 230
Xəbərlər
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri təşkil edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayon Qalağayın kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Nazirlik Sabirabadda qışa hazırlıq məqsədilə toplanan odunun miqdarını açıqlayıb

Sabirabad rayonunda qazlaşdırılmayan 11 kənd mövcuddur və qışa hazırlıq məqsədilə həmin kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.
O qeyd edib ki, “Bu günədək Sabirabad rayonu üzrə 278 m3, oduncaq tədarük olunub”.
C.Qəribovun sözlərinə görə, odun yanacağı əldə etmək istəyənlər Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinə müraciət edə bilərlər.

Mədəniyyət Nazirliyinin Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə kommunikasiya meneceri təyin edilib

İctimaiyyətə məlum olduğu kimi, Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Kommunikasiya meneceri” layihəsi təqdim olunub.
Nazirlikdən verilən xəbərə görə, layihə çərçivəsində nazirliyin regional mədəniyyət idarələrində çalışan əməkdaşlardan hər bir idarə üzrə bir nəfər PR, media və kommunikasiya fəaliyyətinə məsul nümayəndə – kommunikasiya meneceri kimi fəaliyyətini davam etdirəcək.
Nazirliyin Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə kommunikasiya meneceri Anar Rəhimli olmuşdur
Menecer media subyektləri ilə, ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndə olaraq çalışdığı regional idarənin tədbir və layihələrinin mediada işıqlandırılmasını, idarənin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini, eləcə də sosial media fəaliyyətinin təşkilini təmin edəcək.
Qeyd edək ki, layihə mədəniyyətimizin, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılması, media subyektləri ilə, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması və nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin, dövlət qurumlarına vətəndaş etimadının yüksəldilməsinə xidmət edir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter