Kənd Təsərrüfatı nazirliyi Sabirabadda regional müşavirə keçirib
- 12.09.2022, 09:55, Baxış sayı:
- 269
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabadda “Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda regional müşavirə təşkil edilib.
Kənd Təsərrüfatı Nazirliyi məhsul yığımına hazırlıq prosesini dəyərləndirmək məqsədilə pambıqçılıq rayonlarında regional müşavirələrə start verib. Müşavirədə Nazirliyin və tabeli qurumların məsul şəxsləri, Sabirabad rayon icra hakimiyyətinin rəhbərliyi, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, Sabirabad, Saatlı və Kürdəmirdən olan 300-dək pambıqçı fermer iştirak ediblər.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev iştirakçılara ölkədə 2022-ci ildə aparılmış pambıq əkinləri və görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, bu il Nazirlik tərəfindən bütün istehsal prosesini əhatə edən kompleks Tədbirlər Planı hazırlanıb, nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icraçıları və dəqiq müddətləri müəyyən edilib, icrasının təmin olunması üçün aidiyyəti üzrə təqdim olunub. Fermerlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə məhsul yığımı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyində pambıqçılıq şirkətlərlərinin rəhbərləri ilə keçirilən görüşlər zamanı xam pambığın alış qiymətinin cari ildə ikinci dəfə artırılıb. Bu il xam pambığın hər tonuna görə 1-ci növ üçün 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat müəyyən edilib. Xam pambığın alış qiymətinin hər tona görə əlavə 100 manat qaldırılması cari ildə pambıq istehsalı ilə məşğul olan fermerlərin 30 milyon manatdan çox əlavə gəlir əldə etməsinə imkan verəcək.
Nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, “Aqroservis” ASC-nin sədr müavini İlyas Həsənov, pambıq tədarükü və emalı şirkətlərinin rəhbərləri müşavirədə çıxış edərək 2022-ci ildə məhsul yığımı pambıqçılıqda istehsal prosesinə hazırlıq, dərman və texnika təminatı barədə fikirlərini bölüşüblər.