• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Taxıl zəmiləri və meşə zolaqlarında yanğın təhlükəsizliyinə dair videokonfrans keçirilib

  • 04.06.2021, 22:10, Baxış sayı:
  • 455
Taxıl zəmiləri və meşə zolaqlarında yanğın təhlükəsizliyinə dair videokonfrans keçirilib
Taxıl zəmiləri və meşə zolaqlarında yanğın təhlükəsizliyinə dair videokonfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində dənli və texniki bitkilərin tədarükü, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə dair videokonfrans keçirib.
FHN-dən verilən məlumata görə, videokonfransda Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, Sabirabad Meşə mühafizəsi və bərpası müəssisəsinin məsul işçiləri, ərazi nümayəndələri və yerli bələdiyyələrin sədrləri, Sabirabad rayonunun ərazisində yerləşən iri kənd təsərrüfatı müəssisələrinin rəhbərləri iştirak edib.
Videokonfransda DYNX-nin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi rəisinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair çıxışı dinlənilib, yanğınların baş verməməsi üçün əsas istiqamətlər iştrakçıların diqqətinə çatdırılıb. Eyni zamanda əhalinin aidiyyəti müəssisə və təşkilatlar tərəfindən maarifləndirilməsi istiqamətində işlərin gücləndirilməsinin, əkin sahələrində yanğına qarşı tədbirlərin tam yerinə yetirilməsinin, texnikaların texniki baxışdan keçirilməsinin və sözügedən müəssisələrin yanğına qarşı alət və vasitələrlə tam təchiz olunmasının vacibliyi vurğulanıb.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter