Yanğın təhlükəsizliyi ilə bağlı tədbir
- 05.05.2022, 02:49, Baxış sayı:
- 381
Facebook
Вконтакте
Одноклассники
Google+
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində əsas istiqamətlərdən biri olan əhalinin yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi üzrə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in saytına istinadən verilən xəbərə görə, bu çərçivədə, Xidmət tərəfindən Aran Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə “MKT İK” MMC-nin Sabirabad rayon filialında yanğına qarşı maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.
Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.