Sabirabad rayonunda əkin mövsümünün başlanması ilə əlaqədar yanğından mühafizə profilaktiki maarifləndirici tədbir keçirilmişdir
- 28.04.2022, 14:35, Baxış sayı:
- 385
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə idarənin xidməti ərazisində əkin mövsümünün başlanması ilə əlaqədar yanğından mühafizə profilaktiki maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev, RİHB-nın müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Mirzəliyev, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubov, yerli özünüidarəetmə orqanlarının, eləcə də xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Həsən Həsənov açaraq, əkin mövsümünün başlanması ilə əlaqədar müəssisə və təşkilat rəhbərlərinə, bir sıra torpaq istifadəçilərinə yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə riayət olunmasının və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsinin, eyni zamanda, yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti orqanların göstərişlərinin və digər qanuni tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra tədbirdə çıxış edən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev bildirib ki, hər bir yanğının fövqəladə hadisə olduğunu, çox vaxt böyük yanğınların kiçik yanğınlardan törəndiyini və kiçik yanğın hadisələrinə əhəmiyyətsiz yanaşılmasının düzgün olmadığını vurğulayaraq, məişət tullantılarının, qurumuş kol-kosun yandırılmasının yolverilməzdir. Həmçinin, yaşayış məntəqələrində qurumuş kol-kosun yandırılmasının yaxınlıqda yerləşən digər obyektlərdə yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olduğunu söyləyərək bildirib ki, bu kimi halların qarşısının alınması məqsədilə yerli özünüidarəetmə orqanları tərəfindən əhali arasında bu istiqamətdə mütəmadi qaydada maarifləndirmə və təbliğat işləri aparılmalıdır.