Deputat Kamal Cəfərov evi yanmış gənc ailəyə dəstək oldu
- 26.08.2021, 07:52, Baxış sayı:
- 630
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin avqustun 12-də deputat Kamal Cəfərovun Qalağayın kəndində seçicilərlə görüşü zamanı Qalağayın kənd sakini, 85 yaşlı Kübraxanım nəvəsi Əliağa Əliyevin bir həftə əvvəl evinin yandığını və imkanlarının çox aşağı olduğunu bildirərək onlara kömək edilməsini xahiş etmişdi.
K.Cəfərov: “Yanmış evlə tanış oldum. Əliağa gənc ailədir, 2 övladı var, nə özü nə də həyat yoldaşı işləmir. Əliağa da bu evi fəhləlik edərək 5 ilə tikə bilib. Çox pərişan vəziyyətdə idilər. Sadəcə evin dam örtüyünün təmiri ilə bağlı dəstək istəyirlər ki, qış gələndə içində yaşaya bilsinlər. Bizə bildirdilər ki, evin dam örtüyünün materialı üçün 5 min manat pul lazımdır. Qonşuda olan ustalar isə pulsuz təmir edəcəklər. Digər təmir işlərini də də özləri hissə-hissə edəcəklər”.
Ailəyə kömək məqsədiilə millət vəkili “Düşünən Azərbaycan Gənci” –DAĞ təşəbbüsü çərçivəsində sosial şəbəkə vasitəsiilə dəstək aksiyası elan etdi. Qısa müddətdə ailəyə dəstək üçün 4150 manat maddi vəsait toplandı. Eyni zamanda təşəbbüsə qoşulan bir sahibkar da 1300 manat dəyərində tikinti materialı göndərdi.
Toplanan vəsaiti Kamal Cəfərov avqustun 20-də kənd ağsaqqallarının iştirakı ilə ailəyə təqdim etdi.
Ailə deputata və dəstək olan hər kəsə dərin minnətdarlığını bildirdi.
/Muganinsesi.az/