• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Nazir Rəşad Nəbiyev Sabirabadda olub

  • 20.04.2022, 23:48, Baxış sayı:
  • 365
Nazir Rəşad Nəbiyev Sabirabadda olub
Sabirabadda rəqəmsal inkişaf layihəsinin təqdimatı keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaş qəbulu ilə əlaqədar Sabirabada səfəri çərçivəsində Milli
Məclisin üzvü Kamal Cəfərovla birlikdə “Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimat mərasimində iştirak edib.

Təqdimatda qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi sabirabadlı gənclərdə rəqəmsal bacarıqların formalaşdırılması və artırılmasına töhfə verməkdir.
Bildirilib ki, proqram çərçivəsində pilot olaraq 10 gənc seçiləcək və onlara proqramlaşdırma, dizayn və digər sahələrdə bilik və bacarıqlara yiyələnmək üçün şərait yaradılacaq. Təlimlər Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında keçiriləcək.
Qeyd edək ki, iştirak üçün bu link –https://forms.gle/gFRZCxc3XEBtUdLx5 vasitəsilə qeydiyyatdan keçmək mümkündür.


Nazir Rəşad Nəbiyev şəhid və qazi ailələrini ziyarət edib
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Sabirabad rayonuna səfəri çərçivəsində şəhid və qazi ailələrini də ziyarət edib.
Nazir Əsədli kəndində şəhid Asim Əliyevin ailə üzvləri ilə görüşüb.
Görüşdə şəhidlə bağlı xatirələrdən, onun Vətən müharibəsində göstərdiyi şücaətdən danışılıb. Rəşad Nəbiyev, həmçinin qazi Tural Qəhrəmanovun evində qonaq olub. Nazir şəhid və qazi ailələrinin qayğıları ilə yaxından maraqlanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hər iki ailəyə hədiyyələr təqdim edilib.
Nazir Rəşad Nəbiyev Sabirabadda olub


















Cüdoçularla da görüş keçirilib
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Sabirabadda yerli və İmişli rayonlarını təmsil edən məşqçilər, eləcə də cüdoçularla görüşüb.
ACF-nin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Sabirabad rayonunda 60-a, İmişli rayonunda isə 120-yə yaxın gənc və yeniyetmənin cüdo ilə məşğul olduqları bildirilib.
Hər iki rayondan ən son keçirilən 15 yaşa qədər yeniyetmələr arasında region birinciliklərində yer tutaraq Azərbaycan birinciliyinə vəsiqə qazanan idmançılar var. Həmçinin, İmişli rayonunun yetirməsi Səid Orucov 21 yaşadək gənclər arasında fevralın sonunda keçirilən Azərbaycan birinciliyində 100 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.
R.Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin ACF-nin əsas məqsədlərindən biri olduğunu qeyd edib.
Hər iki rayonda cüdonun inkişafı üçün böyük potensial olduğunu vurğulayan federasiya rəhbəri maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını, məşqçi-müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.
Nazir Rəşad Nəbiyev Sabirabadda olub
















Nazir vətəndaşları qəbul edib
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Sabirabad rayonunda vətəndaşları qəbul edib.
Qəbulda Sabirabadla yanaşı, Saatlı və İmişli rayonlarının sakinlərinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib. R.Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində həllini tapıb. Nazirliyə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq və müvafiq qurumlara göndəriləcək.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter