Rafiq Nəsirov Azərbaycan Respublikasının əməkdar (2000) və xalq rəssamı (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür (2017).
Prezident İlham Əliyev xalq rəssamı Rafiq Nəsirova bir müddət əvvəl ev hədiyyə edib.
Bu barədə xalq rəssamı özü danışıb. “Ümummilli lider Heydər Əliyev mənə əməkdar rəssam, İlham Əliyev isə xalq rəssamı adı verdi, sonra Prezident təqaüdü, nəhayət, ev hədiyyə etdi. Allah onun canını daim sağ eləsin. Bizim üstümüzdən əskik olmasın. Bu, mənim yaradıcılığıma verilən böyük qiymətdir. 150 kvadratmetr sahəsi olan üçotaqlı evdir, Yasamalda yerləşir. Bir daha Prezident İlham Əliyevə təşəkkür edirəm", - R.Nəsirov deyib.
Nəsirov Rafiq Əliş oğlu 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumunun memarlıq fakültəsinə daxil olmuşdur. 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakultəsinə daxil olmuşdur.
1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edir və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərir.
Bu illər ərzində 40-dan artıq bədii filmin quruluşçu rəssamı olub.
“Muğanın səsi”