• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İsmayıl Budaqlının əbədiyyətə çevrilmiş Vətən sevgisi

  • 21.09.2022, 15:14, Baxış sayı:
  • 467
İsmayıl Budaqlının əbədiyyətə çevrilmiş Vətən sevgisi
İsmayıl Budaqlının əbədiyyətə çevrilmiş Vətən sevgisi
Şəhidlik uca məqam,
Odda, alovda yanam.
Oğlun şəhid olubdu,
Saçını yolma, anam.

Əzizim, gülüm vardı,
Bağçada gülüm vardı.
Bunu hər kəs bilməzdi,
Dünyada ölüm vardı.

İllər ötəcək. Çalxalanan dünyamız durulacaq. Çoxları tarixin yaddaşından silinib gedəcəklər. Xələflərimiz sələflərimizin kimliyini bilmək istəyəcəklər. Bax, onda şəhidlik zirvəsinə yüksələnlər çırağa çevrilib tarixin qanlı səhifələrinə işıq salacaq, xalqımızın qəhrəmanlığı, əyilməzliyi, dözümlülüyü barədə şahidlik edəcəklər.
Sabirabad rayonunun Axtaçı-Muğan kəndindən olan gizir İsmayıl Budaqlı 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi geniş­miqyaslı təxribatların qarşısı alınan zaman qəhrəmanca­sına şəhid olmuşdur.
Qəhrəman şəhidimiz İsmayıl Məhərrəm oğlu Budaqlı 1998-cil yanvarın 12-də Sabirabad rayonunun Axtaçı-Muğan kəndində anadan olmuşdu. Onların ailəsi 1948-ci ildə Qərbi Azərbaycandan deportasiya edilmişdir.
Şəhidin atası Məhərrəm kişi sadə əmək adamıdır. Anası Xurşud xanım evdar qadındır. Ailədə üç oğul böyüyüb böya-başa çatmışdır. İsmayılın digər qardaşı Rahil də hərbçidir. Hazırda Vətənə xidmət edir.
İsmayıl Budaqlı üç il idi ki, müddətdən artıq hərbi xidmətdəydi. Ailə həyatı qurmamışdı. Böyük arzularla yaşayırdı...
Vətən şəhidi İsmayıl Budaqlının ömrü yarımçıq qırıldı. Həssas qəlbi, kövrək duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin ömrünə düşmən nöqtə qoydusa da, əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək.
Allah rəhmət eləsin.
Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter