• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Pambıq, şəkər çuğunduru və tütün üçün əkin subsidiyaları niyə ləğv olunub?

  • 09.09.2021, 20:57, Baxış sayı:
  • 447
Pambıq, şəkər çuğunduru və tütün üçün əkin subsidiyaları niyə ləğv olunub?
Azərbaycan hökuməti ölkədə pambıq, şəkər çuğunduru və tütün istehsalını stimullaşdırmağın, fermerlərin daha çox məhsul ortaya qoymasının yolunu tapıb.
Söhbət adları çəkilən məhsullar üzrə əkin subsidiyalarının ləğv olunmasından, əvəzində məhsul subsidiyalarının məbləğinin kəskin artırılmasından gedir.
Bununla bağlı Aqrar Subsidiya Şurasının qərarını "Report"a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov şərh edib: “Bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat deyil, 170 manat, Virciniya növü üzrə yaşıl tütünün hər tonuna görə 5 manat deyil, 26 manat, digər növ üzrə quru və yaşı tütünün hər tonuna görə müvafiq olaraq 50 manat və 5 manat deyil, 180 manat və 18 manat, şəkər çuğundurunun hər tonuna görə isə 4 manat deyil, 12 manat (əvvəl 4 manat) məhsul subsidiyası alacaqlar.
Pambıqda məhsul əmsalı yalnız Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına, tütündə məhsul əmsalı isə yalnız Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir".

Fermerlər dövləti aldadıb?
Aqrar Subsidiya Şurasının qərarı pambıq, şəkər çuğunduru və tütün əkən fermerlərin indiyə qədər dövləti aldatması təsəvvürü yaratsa da, V.Hüseynov bununla razılaşmır, deyir ki, məqsəd kənd təsərrüfatı istehsalçılarını daha məhsuldar işləməyə sövq etməkdir: "İndiyə qədər fermer 50 sentrner (5 ton) pambıq verirdisə, 500 manat məhsul subsidiyası alırdı. Ona həmçinin 220 manat əkin subsidiyası verilirdi. Yəni, İkisi birlikdə 720 manat edirdi. Bundan sonra isə yalnız 850 manat məhsul subsidiyası alacaq. Arada 130 manat fərq var".
"Suallar yarana bilər ki, niyə biz bu qərarı taxıla və digər bitkilərə tətbiq etmirik? Çünki bu 3 bitki üzrə tədarük sistemi var, torpaq sahəsi olan fermerlər şirkətlərlə müqavilə bağlayırlar. Məsələn, şirkət fermeri toxum, gübrə, texnika ilə təmin edir, onun sahəsində pambıq əkilir və məhsul yetişir. Yenə şirkət fermeri texnika ilə təmin edir, məhsulu yığırlar. Şəkər çuğunduru və tütün də həmçinin. Yəni, bu 3 məhsulun alıcısı əvvəlcədən məlum olduğu üçün onları məhsul subsidiyasına keçirmək asan idi və bunu etmişik. Amma digərlərində bu cür mexanizm hələlik mövcud deyil. Aqrar Susbidiya Şurası bazardakı tələbatları nəzərə alaraq qərar qəbul edir. Bu baxımdan, bu 3 bitki növü üzrə məhsul subsidiyasına keçidin müsbət nəticələrini 2022-ci ildə görəcəyik. Pambıqçı fermerlərin böyük əksəriyyəti ilə görüşmüşük, onlar bu qərarı dəstəkləyirlər. Gəlir əldə etmək üçün, daha çox subsidiya əldə etmək üçün yeganə tələb daha çox məhsul istehsal etməkdir".
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter